Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
29 yaşlı qadın özünü yandırdı - Yalana görə
Şirvanda qadın üzərinə benzin tökərək özünü yandırıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 02.30 radələrində Şirvan şəhəri, R.Rza küçəsi, 88-də yerləşən ünvanda qeydə alınıb. Həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Ələkbərova Simuzər Yadulla qızı həyat yoldaşı ilə münaqişə zəminində üzərinə benzin tökərək özünü yandırıb.

S.Ələkbərova bədəninin çox hissəsinin termik yanığı və yanıq şoku diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan, onu Bakı şəhərindəki xəstəxanalardan birinə aparılacağı bildirilir.

Məlumata görə, qonşuluqda yaşayan qadın S.Ələkbərovanın həyat yoldaşına deyib ki, Simuzər mobil telefon vasitəsi ilə ona öz şəkilini göndərib. Bu səbəbdən yaranan münaqişə S.Ələkbərovanın intihara cəhd etməsinə gətirib çıxarıb. Özünü yandıran qadının isə telefonunun olmadığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »