Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
31 mayadək cehizlik əldə etməyə tələsin!
Bakı Şopinq Festivalı fürsətlərindən sərfəli qiymətlərlə alış-veriş edin!

Artıq 25 gündür ki, davam edən Bakı Şopinq Festivalı cəmiyyətin hər təbəqəsi üçün alış-verişi daha sərfəli və əlçatan etməkdə davam edir. Yazın gəlişi ilə festival cehizlik alış-verişlərini daha da sərfəli edib! Yalnız mayın 31-dək alıcılar festivalda iştirak edən mağazalarda ən keyfiyyətli, hər zövqə uyğun və müasir mebel dəstlərini, məişət avadanlıqları, elektronika və qab-qacaqları daha sərfəli qiymətlərlə əldə edə bilərlər. Festival iştirakçısı olan mağazalar yalnız bu günlərdə öz mallarına 50% faizədək endirimlər təklif edirlər. Siz bu mağazalarda alış-veriş etməklə, həmçinin Tax Free imkanından yararlanaraq ödədiyiniz ƏDV-nin bir qismini geri ala bilirsiniz.Tələsin! Festivalın bitməyinə cəmi 6 gün qalır! Bakı Şopinq Festivalından alış-veriş edin, toy sevincinizə şopinq sevinci qatın!

Bakı Şopinq Festivalının ƏDV köşklərinin ünvanları ilə festivalın rəsmi saytındakı keçid http://bakushopfest.com/edv-koshkleri/ vasitəsilə tanış ola bilərsiniz.

Müvəkkil bankların ünvanları və iş vaxtları ilə tanış olmaq üçün isə festivalın rəsmi saytındakı http://bakushopfest.com/muvekkil-banklar/ keçidinə daxil olun.

Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10,000-dən çox dəyərli hədiyyəyə və əsas uduş olan “Nissan Sunny” avtomobilinə sahib olmaq imkanı qazanacaqlar! Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya Vergi Hesab Fakturası) Sizin lotereya biletiniz olaraq uduşda iştirak etməyinizə imkan verəcək.

Festivalda iştirak edən mağazalarla Bakı Şopinq Festivalının internet səhifəsindəki http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış ola bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »