Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada həyəcanlı anlar - 3 nəfər girov götürüldü, 1-i öldü

Rusiyanın paytaxtı Moskvanın şərqində mənzillərdən birində baş verən şəxsi münaqişədən sonra girovluqda saxlanılan şəxslərdən biri ölüb.

"Ölkə.Az" Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, cinayətkar əvvəlcə tavana atəş açıb. Girovluqda saxlanılan 3 nəfərin həmin cinayətkarla bir evdə yaşadığı deyilib.

Cinayətkar saxlanılıb. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər iki girov - qadın və uşaq xəsarət almayıb.

NTV telekanalının "Twitter" səhifəsində verdiyi məlumatda isə hadisəni 57 yaşlı Aleksandr Borovoy adlı rəssamın törətdiyi bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »