Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tədqiqatçı tələbələrlə görüş keçirildi - FOTO
Qafqaz Araşdırmaları Mərkəzi-ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Bakı şəhərində yerləşən mədəni və tarixi abidələr üçün nəzərdə tutulan turist marşrutları və göstərilən xidmət səviyyəsinin tədqiqi” mövuzunda növbəti tədbir keçirilib. Bu barədə «Bizim Yol» qəzetinə adıçəkilən qurumdan məlumat verilib. Məlumatda bildirilir ki, layihə ilə əlaqədar bu sahənin tədqiqatçı tələbələri ilə görüş keçirilib və araşdırılması nəzərdə tutulan məkanlarda xidməti səviyyəsinin yüksəldilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

Tədbirin əvvəlində birliyin icraçı direktoru Qahirə Məmmədova layihənin əsas tədqiqat obyektinin Bakı şəhərində yerləşən üç turistik məkan-Qobustan dövlət tarixi-bədii qoruğu, Yanardağ və “Qala” Dövlət tarix- etnoqrafiya qoruğu olduğunu iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə ekspert qismində iştirak edən kulturoloq Vüsalə Məmmədzadə hər üç məkan haqqında xüsusi qeydlərini və son illərdə dövlət səviyyəsində bu məkanlarda aparılan məqsədyönlü işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən tədqiqatçı tələbələr qeyd olunan mədəni və tarixi abidələrdə turist cəlbediciliyi baxımından görülən işlərin əhəmiyyətini qeyd etməklə, adıçəkilən məkanların turist cəlbediciliyinin artırılması imkanları barədə fikirlərini də bildirib. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

Xəbər Xidməti

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »