Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsxanadakı oğluna narkotik gətirən ana saxlanıldı
Penitensiar xidmətin Baş idarəsinin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəbiyev Müşfiq Qahir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Mingəçevir şəhər sakini Nəbiyeva Vahilə Xəlil qızı tərəfindən gətirilmiş sovqatda olan ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş kağız bükülüdə 0.164 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Xətai Rayon Polis İdarəsinə göndərilib.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »