Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin millət vəkillərindən Alxanlıdakı hadisəyə — SƏRT REAKSİYA
“Dövlətimizə qarşı yönələn təhdidləri aradan qaldırmaq üçün mübarizə apararkən qardaş Azərbaycanın Qarabağ bölgəsində Ermənistan işğalçılarının ağır silahlarla hücumu nəticəsində 2 yaşlı övladımızın qətlə yetirilməsi Türkiyədə hamını ağrıdıb. Bu, öz torpağını işğaldan azad etmək üçün Azərbaycanın səbrini daşıran bir damladır”.

Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Ədalət və İnkişaf Partiyası (AKP) Osmaniyə millət vəkili Suat Önal deyib. O bildirib ki, Türkiyəni “soyqırım” törətməkdə haqsız şəkildə ittiham edən Ermənistan və erməni diasporası üçün 2 yaşlı azərbaycanlı uşağın onların özləri tərəfindən qətlə yetirilməsi ən ibrətamiz cavabdır: “Türk-islam milləti bunu unutmayacaq, unutmamalıdır. Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, yüz il əvvəl olduğu kimi, bu gün də öz torpaqlarını işğalçı ünsürlərdən təmizləmək yolunda Türkiyə hər an onların yanındadır və üzərinə düşən hər bir vəzifəni qərarlı şəkildə yerinə yetirəcək”.

Müstəqil millət vəkili Yusuf Halaçoğlu da hadisəni sərt şəkildə qınayıb: “Bu alçaq hücum Azərbaycanın öz torpaqlarında birbaşa mülki vətəndaşlara və dövlətə qarşı yönəlmiş qanlı cinayətdir. 100 il əvvəlin qondarma, saxta, baş verməmiş hadisələrini bu gün daha da saxtalaşdıraraq Türkiyəni ittiham etməyə çalışan erməni işğalçıları və onların havadarları suç törətdikləri yerdə yaxalandılar. İki yaşlı uşağın ağır silahla qətlə yetirilməsi Xocalı və Srebrenitsadan sonra tarixin ən ağır soyqırımıdır. Bu mənfur hadisə beynəlxalq hüquqdan irəli gələn haqlarından istifadə edərək öz torpaqlarını işğaldan azad etmə istiqamətində Azərbaycan türklərini daha da səfərbər etməlidir. Buna Azərbaycanın kifayət qədər gücü olduğu kimi, Türkiyənin də hər an qardaşlarının yanında olduğu unudulmamalıdır”.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »