Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur futbolçunu 6 illik həbs gözləyir

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Vinçenzo Yakinta 6 illik həbs oluna bilər.

O, 2015-ci ilin dekabrında qanunsuz odlu silah saxlamaqla yanaşı, Kalabriya mafiyası ilə əlaqələr qurduğuna görə ittiham olunur.

Bu iş üzrə 140 şəxsə ittiham irəli sürülüb və onların arasında Yakintanın atası da var. Prokuror sabiq futbolçunun atasına 19 il həbs cəzası verilməsini tələb edir.

Qeyd edək ki, Vinçenzo Yakinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. (Report)

Son xəbərlər
Bütün xəbərlər »