Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda avtobus biabırçılığı davam edir - Video

Bakıda sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedir.

Özüdə bir ayaq üstündə.

Xezerxeber.az-ın məlumatına görə, görüntü səhər saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində şahidlərdən biri tərəfindən çəkilib. Sözügedən qəsəbədən ''Koroğlu'' metrostansiyası yaxınlığındakı mübadilə mərkəzinə gələn 172 saylı avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verib.

Sürücü həddindən artıq sərnişin mindirdiyindən avtobusun qapısı bağlanmayıb. Nəticədə sərnişinlər avtobusun qapısından sallaşaraq bir neçə kilometr belə gediblər. Həmin vaxt isə qapıdan sallaşanlardan biri avtobusun pilləkənlərində yer olmadığından yalnız bir ayaq üstündə durub. Bu isə vəziyyətin nə qədər təhlükəli olmasından xəbər verir.

Marşruta cavabdeh olan sahibkarın verdiyi məlumata görə, pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Belə olduqda da görünən mənzərə yaşanır. O ki qaldı qayda pozan sürücüyə, o, cəzalandırılacaq.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev bildirdi ki, belə faktlarla bağlı agentliyə məlumatlar daxil olur. Sərnişinlərin həyatını təhlükəyə atan sürücülərlə bağlı daşıyıcı şirkətlərə xəbərdarlıq edilir. Əgər belə fakt bir daha sözügedən xətdə yaşanarsa, bununla bağlı ciddi tədbir görüləcək.

Bu arada onu da qeyd edək ki, qapısı açıq formada hərəkət edən avtobus sürücləri yol polisi tərəfindən aşkar edildikdə, onlar 3 bal və 60 manat miqdarında cərimə edilirlər.

Son xəbərlər
Bütün xəbərlər »