Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yüksək sürət ölümə səbəb oldu – Video

Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Bakı-Salyan yolunun Sədərək dairəsi istiqamətində QAZ-31 markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Nəticədə sərnişin aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə yüngül xəsarətlər alıb.

Əraziyə polis, təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Fakt araşdırılır.

Son xəbərlər
Bütün xəbərlər »