Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlanlar seysmoloqları bir ay qabaqlayır
Təbiətin dili – təbii fəlakətlər və onlardan qorunmaq yolları

Uşaqkən böyüklərin yanımda etdiyi bir söhbət mənim üçün təbiətşünaslıqdan öyrəndiyim növbəti dərs olmuşdu. İsti Aran zonasında yaşayanların həyət bacalarında ilan görməsi təəccüblü hal deyildi. Lakin o il ilanları böyük sürü halında sürətlə hərəkət edən halda görmüşdü kəndin çobanı. Axşamüstü mal-qaranı örüşdən gətirəndə gördüklərini heyrət içində kəndin başbilənlərinə danışmışdı. Təbiətin dilini duyan el həkimi Şakir kişi də qəlyanını tüstülədə-tüstülədə belə cavab vermişdi: “Bu səhər mən də qurbağaların kanaldan torpağa çıxıb qaçdığını müşahidə eləmişəm. İtlər, pişiklər də özlərini narahat aparır. Deyəsən zəlzələ olacaq”. Və doğrudan da zəlzələ olmuşdu. O zamanın insanları təbiəti oxumağı bacarırdılar. Bu hadisədən sonra elə mən də Şakir kişi kimi müşahidə qabiliyyətimi artırmağa başlamışdım.

Sonradan öyrəndim ki, ilanlarda qarın əzələləri güclü inkişaf etdiyindən onlar qabaqcadan baş verə biləcək təbii fəlakətləri daha yaxşı hiss edirlər. İlanların qarın nahiyəsində uzuna və eninə olan əzələlərin kifayət qədər yaxşı inkişaf etməsi ilana imkan verir ki, o, rahatlıqla hərəkət edə bilsin. Bu qarın əzələləri sayəsində onlar yeraltı təkanları hiss edə bilir. Seysmoloqların aparatlarla müəyyən etdiyi zəlzələni onlar bir ay əvvəldən hiss edə bilirlər.

2009-cu ildə İtaliyanın Laquila bölgəsindəki zəlzələ zamanı göldə yaşayan qurbağalar yuvalaını kütləvi sürətdə tərk etmişdilər. Araşdırmaçıların fikrincə, yer qabığında meydana gələn dəyişikliklər suya təsir edir. Suda, su hövzələri ətrafında yaşayan heyvanlar da bu sularda meydana gələn dəyişikliklərə qarşı həssaslıq nümayiş etdirir və yer qabığında olacaq hərəkətliliyi günlər öncədən hiss edirlər. Balıqlar da zəlzələni bir neçə saat əvvəlcədən hiss edirlər. Hətta dünyanın bəzi ölkələrində xüsusən zəlzələ daha güclü baş verən ölkələrdə balıqların bu xüsusiyyətindən istifadə edirlər. Onlar balıqları akvariumda saxlayır və bununla da zəlzələ baş verəcəyini bir neçə saat əvvəl müəyyən edirlər.

Bəzən insanlar əllərində olan teхnika ilə sanki təbiə­tə hökm edəcək bir qüvvəyə sahib olduqları hissinə qapılırlar.

Məsələn, yaponların çoх diqqətlə hazırladığı "zəlzələyə qarşı tədbir" teхnologiyasına baхmayaraq, 1995-ci ilin yanvar ayında səhərə yaхın davam etmiş zəlzələnin onları məğlub etməsindən хilas ola bilməmişlər. Yapon höku­məti və universitetləri zəlzələni əvvəlcədən хəbər verən vasitəyə malik olmaq üçün apardıqları araşdırmalara son 30 il ərzində 1 milyard dollara yaхın kapital qoyublar.Ko­bedə olan əhali zəlzələni onlara bir neçə saat, hətta bir ne­çə gün əvvəldən хəbər verə biləcək sistemə güvənirdi. La­kin bu gözəl bir liman şəhərini bir anda alt-üst edən və mərkəzi Koedən 25 km aralıda, dənizin 15 km dərinliyin­də olan zəlzələni heç bir sistem хəbər verə bilmədi.

Müasir dövrdə dünyada fəallaşmış təbii fəlakət prosesləri və təbii mühitə getdikcə daha da artan antropogen yükləmələr-nəzarətsiz texnoloji proseslər ekoloji tarazlığın pozulmasına səbəb olmuşdular. Qeyd edilənlər nəticəsində son onilliklər ərzində təbii fəlakətlərin tezliyi və onu müşayiət edən insan və maddi itkisinin miqyasları əhəmiyyətli dərəcədə artmışdır. Statistik məlumatlara əsasən, təbii fəlakət hadisələri səbəbindən yaranmış fəlakətlər üzündən dünyada son onilliklər ərzində hər il ortalama 240 milyon insan ziyan çəkir, iqtisadi ziyan isə 90 milyard ABŞ dolları təşkil edir.

Son 30 il ərzində təbii fəlakətlər səbəbindən yaranmış iqtisadi ziyan üç dəfə artmışdır. Yuxarıda qeyd edilənlərə uyğun olaraq, bütün dünya kimi, Cənubi Qafqaz regionu müxtəlif növ fövqəladə halların artmış inkişafetmə təhlükəsi qarşısında olmuşdur. Cənubi Qafqazın hər üç ölkəsində – Azərbaycan, Gürcüstan və Ermənistanda – zəlzələlər, sürüşmələr, sellər, daşqınlar və insan itkisi və iqtisadi ziyanın yaranmasına səbəb olan digər təbii təhlükələr tez-tez baş verir.

Müxtəlif məlumatlara əsasən, son iki onillik ərzində Cənubi Qafqaz ölkələrində təbii fəlakət prosesləri səbəbindən yaranmış iqtisadi ziyan 16 milyard ABŞ dollarını aşmışdır. Təbii fəlakət təhlükələrinə səmərəli reaksiya verilməsinin təmin edilməsi baxımından onların qarşısını alınması və onlar səbəbindən yaranmış nəticələrin ləğv edilməsi üçün fəaliyyətin təşkil edilməsi böyük əhəmiyyətə malikdir. Bunlardan irəli gələrək, təbii fəlakətlər riskinin idarəetmə sisteminin səmərəli işləməsinin dəstəklənməsi və əhalinin təbii fəlakətlərdən qorunması məsələləri üzrə əhalinin özünün hazırlanması və bu baxımdan onun dərketmə səviyyəsinin yüksəldilməsi xüsusilə aktualdır.

Yer kürəsində çoxalmış təbii fəlakətlərin səbəblərindən biri də qlobal iqlim dəyişkənliyidir, bu da yer kürəsinin müxtəlif regionlarında havanın meteoroloji elementlərinin - hava temperaturunun, küləyin, yağıntıların və s. illik orta göstəricilərinin dəyişkənliyini şərtləndirir. Buradaca qeyd edilməlidir ki, baxmayaraq ki, keçmişdə də iqlim dəyişkənliyə məruz qalırdı, o, insanın təsirinin nəticəsi deyil, təbii şəkildə şərtləndirilmiş ardıcıl və dinamik bir proses idi. Son bir əsr ərzində isə insanın mühitə nəzarətsiz təsiri yer kürəsində cari iqlim dəyişiklikləri prosesinin sürətləndirilməsinə şərait yaratmışdır. Parallel olaraq, qeyd edilən proses, insanın getdikcə daha da artan təsərrüfat fəaliyyəti ilə birlikdə, qlobal ekosistemlərin tarazlığının pozulması prosesinin inkişaf etməsinə şərait yaratmışdır, bu da, insanların sağlamlığına mənfi təsirlə yanaşı, təbii fəlakətləri bilavasitə olaraq yaradan səbəbi təşkil edir.

Təbii fəlakətlər riskinin idarə edilməsi dedikdə inzibati direktivlərin, təşkilatların, operativ qabiliyyət və imkanlardan istifadə edilməsinin sistematik prosesi nəzərdə tutulur, həmin proses təhlükələrin mənfi təsiri və fəlakətlər riskinin azaldılması strategiyaların və siyasətin həyata keçirilməsinə yönəldilmişdir. Riskin idarə edilməsi sabit inkişafın hərtərəfli təmin edilməsinə əsaslanır. 1990-2000-ci illər BMT tərəfindən təbii fəlakətlərin azalmasının onilliyi kimi tanınmışdır. 2000-ci ildən sonra təbii fəlakətlərin azaldılmasının beynəlxalq strategiyası (ISDR) işlənib hazırlanmışdır, həmin strategiyada idarəetmənin əsas bəndi kimi ölkələrin hakimiyyətləri təqdim edilir, ondan əvvəl mövcud olan reabilitasiya və hazırlıq yanaşmaları arasında üstünlük isə kompleksli yanaşmaya verilir. Prioritet riskin azaldılmasına, prevensiya ölçülərinə, cəmiyyətin məlumatlılığına, dərketmə və məsuliyyət səviyyəsinin yüksəldilməsinə verilir.

Təbii fəlakətlər riskinin idarə edilməsi strategiyası, aşağıdakı mərhələləri əhatə edir: 1.Prevensiya. 2. Fəlakətə hazırlıq. 3. Fəlakət zamanı reaksiyanın verilməsi. 4. Bərpa və 5. Reabilitasiya. Təbii fəlakətlər riskinin idarə edilməsinin qeyd edilən mərhələləri aşağıda daha ətraflı şəkildə təqdim edilmişdir. Təbii fəlakətlər riskinin azaldılması və onun idarə edilməsinə yönəldilmiş tədbirlər iki əsas kateqoriyaya bölünə bilər: bunlar struktur və qeyri-struktur tədbirlərdir. Təbii fəlakətlər riskinin azaldılmasının səmərəliliyi onlardan birgə istifadə edilməsindən asılıdır. Yuxarıda sadalanan fəlakətlər riskinin idarə edilməsinin bütün proseslər üçün əhəmiyyətli hissəsi təbii təhlükələrin müəyyən edilməsi və qiymətləndirilməsidir. Bu hissənin tərkib komponentləri aşağıdakılardır: təbii fəlakətlərdən öncə yaranan təbii proseslərin (zəlzələlərin təsiri istisna olmaqla) və onlar səbəbindən yaranmış ziyan vuran nəticələrin monitorinqi və proqnozlaşdırılması (təbii fəlakətlər riskinin ehtimal metodu ilə qiymətləndirilməsi və mümkün olan fövqəladə halların təhlili).

Həmçinin fəlakətlərin inkişaf etməsinin mümkün ssenarisinin işlənib hazırlanması, onların riskinin müəyyən edilməsi və həssaslığın qiymətləndirilməsi. Hazırlığın tərkib komponentləri aşağıdakılardır: əhalinin hazırlanması və onun biliyinin artırılması; infrastrukturu mühafizə tədbirlərinin təşkil edilməsi, erkən bildirmək və əhalini qorumaq (evakuasiya, mühafizənin kollektiv və fərdi vasitələrindən istifadə edilməsi) məqsədilə əvvəlcədən təminatın təşkil edilməsi, təbii fəlakətlərə reaksiya verilməsinin planlaşdırılmasının tərkib komponentləri aşağıdakılardır: təbii fəlakətlər səbəbindən yaranmış nəticələrin ləğv edilməsi və təbii fəlakət ocağında xilas edilmiş əhalinin yaşam təminatının təşkil edilməsi. Təbii fəlakətlər riskinin idarə edilməsinin təşkil edilməsi üçün hazırlıq komponentinin inkişaf etməsinin ilk şərti ölkənin elə siyasi öhdəlikləri və institusional inkişafıdır ki, aşağıdakıları nəzərdə tutur: təbii fəlakətlər riskinin azaldılmasının dövlət idarəetmə siyasətinin prioritetli istiqamətlər kateqoriyasına yüksəldilməsi; icra hakimiyyətində fövqəladə vəziyyətlərin idarə edilməsinin səmərəli təşkilati strukturunun yaradılması və təkmilləşdirilməsi, təbii təhlükələrin azaldılması xətti ilə elmi tədqiqatların, fövqəladə vəziyyətlərin qiymətləndirilməsinin məlumat sistemləri və kompüter proqramlarının inkişaf etdirilməsinin dəstəklənməsi. Təbii fəlakətlər bir neçə kateqoriyaya ayrılır:

Zəlzələ - yer kürəsinin qabığında və ya onun yuxarı mantiyasında gedən tektonik hərəkətlər səbəbindən yaranmışdır, torpaq səthinin yırğalanma intensivliyi (0-dan 12-yə qədər ballarla ölçülür)

SEL - uzunmüddətli və leysan yağışlar, qarın və ya buzlaqların intensiv əriməsi, su anbarlarının dağılması, zəlzələlər zamanı və vulkanların püskürməsi nəticəsində qəflətən yaranan, böyük miqdarda olan müvəqqəti su axınıdır. Sellər zamanı su axını böyük sürətlə hərəkət edir (10 m/san və daha artıq) və onu bir çox hallarda yaranmış güclü dalğalar müşayiət edir. Sellərin müddəti on dəqiqədən bir neçə saat ərzində davam edə bilər. Sellər bir çox hallarda kütləvi dağıntılara səbəb olur

Tufan, qasırğa, fırtına, tayfun - Bu təbiət hadisələrinin yaranma mənbəyi küləkdir, küləyin gücü on iki ballıq Bofort cədvəli ilə qiymətləndirilir. Küləyin gücü onun sürəti (yer kürəsinin açıq düz səthinin 10 metr hündürlüyündə) və yerüstü əşyalara təsiri ilə, açıq dənizlərdə isə - dalğalanmanın intensivliyi ilə müəyyən edilir. Məsələn, qasırğa zamanı küləyin sürəti 120 km/saat, torpaq səthində isə 200 km/saat-a çata bilər.

Şimşək də təbii fəlakətə səbəb ola bilir. Şimşəyin təhlükəli formalarından biri ildırımdır. Şimşəyin boşalmasını elektrik cərəyanın böyük gücü xarakterizə edir: ildırımın ağaca düşməsi onun yarılmasına, bəzən də alovlanmasına səbəb olur. İldırımın insanlara birbaşa təsiri onların ağır zədələnməsinə və bir çox hallarda həlak olmasına səbəb olur.

Yanğınlar - Quraqlıq illərində təbii (meşə və ya çöl) yanğın olduqca yayılmış təbiət hadisəsidir. O, təsərrüfata böyük ziyan vurur. Əgər yanğınla mübarizə əvvəlcədən yaxşı təşkil edilməmişdirsə, o, öz yayılma zonasında yaşayan əhali üçün böyük fəlakət gətirə bilər.

Quraqlıq - Quraqlıq bu və ya digər ərazidə ilin isti mövsümündə atmosfer yağıntılarının uzun müddətə dayandırılması şəraitində havanın yüksək temperaturu (10 0С-lə və daha yuxarı qalxması) və aşağı rütubət zamanı müəyyən edilmiş fəlakətdir.

Fəlakətlər riskinin qiymətləndirilməsi və səmərəli idarə edilməsi ölkənin sabit inkişaf etməsi üçün əhəmiyyətli şərtlərdən biridir. Fəlakətlərdən heç bir ölkə sığortalanmayıb və bu ölkənin inkişaf dərəcəsindən asılı olan məslə deyil. Təbii fəlakətlərdən daha az zərərlə çıxmağın yolu ona hazırlıqlı olmaq, fəlakətin nəticələrini ən qısa sürətdə aradan qaldırmaqdır. Bu mənada Azərbaycanda yetərli qədər iş görülüb. Azərbaycan təbii fəlakətdən əziyyət çəkən ölkələrində çağırışına qoşulur və yardım edir. (ardı var)

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »