Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 24 may, 2018
Bizimyol.info  xarici astroloqların proqnozları əsasında günün qoroskopu təqdim edir.

Qoç - Bu gün istənilən çətin işə başlaya bilərsiniz. Peşəkar problemlərin həllinə çalışın. Bu günə planladığınız bütün məsələləri yerinə yetirin, qonaqların gəlişinə hazırlıq görün. Valyuta almaq üçün yaxşı gündür.

Buğa - Gün sevgi həyəcanları ilə keçəcək. Qızınızın və ya oğlunuzun evə gec dönməsindən narahat olacaqsınız. Qidalanmanıza diqqət edin. Məişət səviyyəsində söz - söhbət olacaq.

Əkizlər - Bu gün həmkarlarınızla, qohumularınızla yaxşı ünsiyyət alınacaq. Soyuqluğunuz yaxın adam tərəfindən diqqətsizlik kimi qiymətləndiriləcək. Evdə incikliyi aradan qaldırmağa çalışın. Əsəb gərginliyi keçirəcəksiniz.

Xərçəng - Bu gün həyat enerjiniz aşağı düşəcək. Cazibədar təkliflərə aldanmayın. Əmək cəbhəsindəki uzunmüddətli işlərdən sonra mükafatlandırılacaqsınız. Nüfuzlu insanlarla görüş gözlənilir.

Şir - Bu gün dincəlin, işdə uğur gözləməyə dəyməz. Həll edəcəyiniz məsələlər sizə faydalı nəticə verəcək. Evi səliqəyə salmaq istəyiniz evdəkilər tərəfindən dəstəklənməyəcək. Bu da mübahisələrə səbəb olacaq. Təyyarə ilə ehtiyatlı olun.

Qız - Özünüzü sevdiyiniz işlərə həsr edin. Küsülü tərəfləri barışdırmaq cəhdiniz yağa od tökmək kimi nəticələnəcək. Cari işlər çətin olmasa da gəlirli olacaq. Məişət səviyyəsində söz - söhbətlər gözlənilir.

Tərəzi - Bu gün əqli və fiziki işlər üçün uğurlu gündür. Daha ciddi və əməksevər olacaqsınız. Ehtiyatlı olun, axınla üzün. Çoxdan fikirləşdiyiniz işlər reallaşa bilər. Gərginliyinizi aradan qaldırmağa çalışın.

Əqrəb - Bu gün gözlənilməz xərclər ortaya çıxacaq. Yaxılarınızın hərəkətindən məyus olacaqsınız. Romantik əhval darıxdırıcı ofis işinə mane olacaq. Nüfuzlu insanlarla görüş gözlənilir.

Oxatan - Bu gün enerjiniz çoxdur. Həyat yoldaşınızın və ya sevgilinizin dəstəyinə ümid edin. İdeyalarınızı və layihələrinizi çəkinmədən təqdim edə bilərsiniz. Ağlınıza gözəl ideyalar gələcək.

Oğlaq - Bu gün həyəcan keçirəcəksiniz. Çox özünüzü darıxdırmayın, yoxsa kədərli son qaçılmaz olacaq. Müdiriyyətlə ehtiyatlı olun.

Dolça - Bu gün enerjiniz bol olacaq. Dostlarınızın köməyini hiss edəcəksiniz. Cəsur ideyalarınız hər kəs tərəfindən bəyəniləcək. Məhsuldar iş günü və gözəl ideyalarla zəngin saatlarınız olacaq.

Balıqlar - Yaxın adamınızla bağlı narahatlıq keçirəcəksiniz. Pozitiv düşünün ki, pozitiv nəticələr əldə edəsiniz. Yaxın günlərdə xırda narazılıqlar yaşanacaq. Rəhbərliklə ehtiyatlı olun.

Son xəbərlər
Bütün xəbərlər »