Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qolunu şişirtmək üçün sintol vurduranların diqqətinə- Ehtiyatlı olun !
Rusiyanın Pyatiqorsk şəhərində yaşayan  21 yaşlı Kirill Tereşin ötən ilin dekabr ayında teleulduza çevrildi, şöhrət qazandı. Gənc oğlan  qolunu sintol maddəsi ilə şişirərək öncə sosial şəbəkələrdə, sonra telekanallarda aranan simaya çevrildi. Lakin hadisələr  gözlənilməz gediş aldı. Kirillin qoluna vurduğu maddə orqanizminə ziyan vurmağa başladı. Öncə  qolu öz reflekslərini itirməyə başladı, daha sonra şişdi və qaralmağa başladı.

Gənc ulduz kömək üçün məşhur həkim və teleaprıcı Yelena Malışovanın proqramına çıxaraq kömək istədi. Aldığı  cavab isə onu dəhşətə saldı. "Qoluna vurulmuş dərialtı inyeksiya böyük  zərər verib. Qolunda toplanmış zərərli yağlar toxumalara hopub və onları fiziki olaraq kənarlaşdırmaq mümkün  deyil. Yer üzündə belə bir maddə hələ ki, yoxdur. Qol amputasiya olunmalıdır".

Kirill Tereşin hələlik əməliyyata yaxın durmur, o digər sintol istifadəçiləri kimi gözləməyə üstünlük verir. Bəlkə nə zamansa bu ağrıların keçəcəyi ümidi ilə.

İlhamə Rəsulova

.

Son xəbərlər
Bütün xəbərlər »