Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İŞİD-dən şok plan: Çempionlar Liqasının finalında...

İŞİD Çempionlar Liqasının Kiyevdə keçiriləcək final oyunu ərəfəsində "Real" və "Liverpul" azarkeşlərini terror hadisəsi törətməklə hədələyir.

Publika.az xəbər verir ki, bu iddia "The Sun" nəşrinə məxsusdur. Nəşr terrorçuların "Teleqram"da təhdiddolu yazışmalarına əsasən belə qənaətə gəlib.

Terror təşkilatçıları əməkdaşlarını Kiyevdə soyuq silahdan və avtomobildən istifadə edərək insanlara zərər yetirməyə çağırır.

Britaniya kəşfiyyatı isə bu aksiyanın DÇ-2018 ərəfəsində insanlar arasında təşviş yaratmaq məqsədi daşıdığını hesab edir. Əsas zərbənin isə mundial zamanı Rusiyada vururlacağı güman edilir.

Son xəbərlər
Bütün xəbərlər »