Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərxoş piyadanı avtomobil vurub

Axşam saatlarında Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, H.Əliyev prospektində yolu keçmək istəyən kişini “Mercedes” markalı avtomobil vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan Cəlilabad şəhər Səttərxan küçəsinin 1978-ci il təvəllüdlü sakini Hüseynov Cabbar Tarverdi oğlu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, yolu keçmək istəyən piyada sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »