Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı – Video

Ukrayna ordusu ilk dəfə olaraq ABŞ-da istehsal olunmuş “Javelin” tank əleyhinə raket komplekslərini sınaqdan keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko öz “Facebook” səhifəsində məlumat paylaşıb.

Poroşenkonun sözlərinə görə, “Javelin” komplekslərinin hesabına Ukrayna silahlı qüvvələrinin döyüş imkanları əhəmiyyətli dərəcədə artıb.

“Bu olduqca effektiv müdafiə silahıdır, Rusiya Federasiyası Ukrayna qoşunlarının mövqelərinə hücum edən zaman tətbiq olunacaq”, - deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, aprelin 30-də ABŞ-ın Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri göndərdiyi məlum olub.

ABŞ dövlət departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Birləşmiş Ştatların Kiyevə göstərdiyi hərbi dəstəkdə təkcə “Javelin”lərin tədürükü ilə kifayətlənməyəcəyini açıqlayıb.

Onun sözlərinə görə, ABŞ Ukraynanın hərbi arsenalında olan boşluqları doldurmaq və ölkənin özünümüdafiə qüdrətini artırmaq niyyətindədir.

Son xəbərlər
Bütün xəbərlər »