Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müşavirləri Trampı ələ salır"

ABŞ Prezidenti Donald Trampın Tvitter paylaşımlarında qeydə alınan hərf və üslub səhvləri bəzən onun müşavirləri tərəfindən qəsdən edilir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Boston Qlob” qəzeti məlumat yayıb.

Bildirilib ki, bütün tvitlər heç də Ağ Ev rəhbərinin özü tərəfindən yazılmır.

Belə ki, dövlət başçısının müşavir və köməkçiləri məqsədli şəkildə gərəksiz yerə tvitlər paylaşır, həmin tvitlərdə ehtiyac olmadığı halda hərflər böyük, yaxud yanlış yazılır.

Məlumatda bildirilir ki, belə tvitlərin sayı artıqca insanlarda ABŞ prezidentinin savadına və analitik qabiliyyətinə şübhə oyadır.

Lakin o da qeyd olunur ki, D.Tramp bu kimi səhvləri aşkar etdikdə bəzən tvitləri silib, yenidən paylaşır.

Xatırladaq ki, bir neçə gün öncə prezident öz həyat yoldaşının adını səhv yazmışdı.

Son xəbərlər
Bütün xəbərlər »