Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“F-35” ilk dəfə döyüşdə yoxlanıldı

İsrail beşinci nəsil “F-35 Lightning II” qırıcısını döyüş şəraitində yoxlamış ilk dövlətdir.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi “Twitter” səhifəsində qeyd olunur.

“Biz döyüş şəraitində hədəflərə hücum üçün “F-35” qırıcılarını tətbiq etmiş ilk ölkəyik”, - deyə İsrailin hərbi hava qüvvələri komandiri Amikam Norkin bildirib.

Onun sözlərinə görə, beşinci nəsil “F-35” qırıcılarından iki cəbhədə istifadə olunub. Norkin bildirib ki, “F-35”lərdən mütəmadi olaraq Yaxın Şərqdə tapşırıqların yerinə yetirilməsi zamanı istifadə olunur.

İsrail ABŞ-a ümumilikdə 50 ədəd “F-35” qırıcısı üçün sifariş verib. İlk iki hərbi təyyarə 2016-ci ildə ölkəyə göndərilib.

Son xəbərlər
Bütün xəbərlər »