Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yüksək miqdarda uran zənginləşdirməyə hazırıq”

İranın Atom enerjisi təşkilatının rəhbəri Əli Əkbər Salehi uranın yenidən zənginləşdirilməsi üçün yüksək səviyyədə hazırlıqların aparıldığını açıqlayıb.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, o, nüvə fəaliyyətlərinin 2015-ci ildə “5+1” ölkələri ilə imzalanan saziş çərçivəsində problemsiz şəkildə davam etdiyini bildirib:

“Əgər saziş öncəsi vəziyyətə qayıtmağa ehtiyac olarsa və ya yüksək miqdarda uran zənginləşdirmək istəsək, buna tam hazırıq. Ümid edirəm heç vaxt buna ehtiyac qalmayacaq”.

Qeyd edək ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İranla əldə edilmiş sazişdən çıxdığını bəyan edib. Digər 5 ölkə - Çin, Fransa, Almaniya, Rusiya və İngiltərə isə müqaviləni davam etdirəcəklərini açıqlayıblar.

Son xəbərlər
Bütün xəbərlər »