Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahzadədən çağırış: "Kral Salmanı devirin"

Səudiyyə Ərəbistanın müxalif şahzadələrindən olan Xalid bin Fərhan Bin Əbdüləziz “Middle East Eye” qəzetinə verdiyi mühasibəsində Kral Salmanın devrilməsi üçün əmilərinə çağırış edib.

Axar.az xəbər verir ki, Fərhan Kral Salmanın tez bir zamanda taxtdan endirilməsini və hakimiyyətin əmilərinə keçməsinin vacibliyini bildirib.

“İqtidardakı ailə daxilində böyük qəzəb var. Bu mənada təhsil və mədəniyyətdə ali məlumatlara malik olan əmilərim Əhməd bin Əbdülzəziz əl Səud və Mukrin bin Əbduləzizi vəzifəyə dəvət edirəm. Çünki əmilərim ölkənin gedişatına müsbət yöndə dəyişdirəcək bilik və qabiliyyətə malikdirlər”, - deyə Fərhan Əbdüləziz bildirib.

Şahzadə onu əlavə edib ki, Səudiyyədə baş verəcək inqilaba şəxsən özü, eləcədə ordu dəstək verməyə hazırdır.

Son xəbərlər
Bütün xəbərlər »