Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir 18 aylıq Zəhranın qətli haqqında danışdı
İsralin azərbaycandakı səfiri Den Stav Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın öldürülməsi xəbərindən dəhşətə gəlib.

İsrail səfirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, səfir Azərbaycan xalqına başsağlığı verib:

“Səfir Stav ötən gün Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın öldürülməsi xəbərindən dəhşətə gəlib və dərindən kədərlənib. Səfir Stav Zəhra və Sahibənin ailəsinə və bütün Azərbaycan xalqına başsağlığını çatdırır və yaralılara tezliklə sağalmağı arzu edir.Allah rəhmət eləsin”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.

Son xəbərlər
Bütün xəbərlər »