Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Danimarkada qalmaqal: Nazir müsəlmanları qıcıqlandırdı

Danimarkanın miqrasiya naziri İnqer Stoyberq verdiyi qalmaqallı bəyanata görə ölkədə yaşayan müsəlmanların kəskin tənqid atəşinə məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Sərt anti-miqrant siyasəti ilə tanınan xanım nazir, Ramazan ayında oruc tutan insanların işə çıxmamalı olduğunu söyləyib. Onun sözlərinə görə, oruc tutan insanlar iş yerində və ümumiyyətlə cəmiyyət üçün potensial təhlükə yaradır.

O xüsusilə oruc tutan avtobus sürücülərini və xəstəxanalarda çalışan tibbi personalı misal göstərib.

Nazirin qıcıq doğuran bu bəyanatını yerli təşkilatlar da birmənalı qarşılamayıb. Avtobus marşrutlarını idarə edən şirkətlər oruc tutan sürücülərlə bağlı heç bir problemin olmadığını bildirib.

Aparıcı şirkətlərdən olan “Arriva” indiyə kimi oruc tutan sürücünün qəza törətməsi ilə bağlı heç bir insidentin qeydə alınmadığını açıqlayıb.

Danimarkanın “3F” nəqliyyat işçiləri ittifaqının lideri Yan Villadsen isə nazirin bu ehtiyatsız bəyanatla “qaşınmayan yerdən qan” çıxarmağa cəhd etdiyini söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »