Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 23 may, 2018

Bizimyol.info xarici astroloqların proqnozları əsasında tərtib olunmuş qoroskopu təqdim edir.

Qoç - Bu gün xüsusi diqqət və takt tələb edən gündür. Bu gün verəcəyiniz borclar uzun müddət geri qayıtmayacaq. Romantik əhvalınız darıxdırıcı işlərlə məşğul olmağa imkan vermyəcək. Maliyyəçilərin işi yaxşı gedəcək.

Buğa - Bu gün dəyişikliklər gözlənilir. Ümid etdiyiniz insanlar ümidinizi doğrultmayacaq. Öz ideya və layihələrinizi ətrafdakıların müzakirəsinə verməkdən çəkinməyin. Yaşda sizdən böyük olan qohumlarınızla inciklik gözlənilir.

Əkizlər - Bu gün əks cinsin nümayəndələri sizə xüsusi maraq göstərəcək. İşiniz və yaxınlarınıza olan diqqətiniz özünüzə zaman ayırmağa imkan verməyəcək. Ailəliklə istirahətə getmək üçün yaxşı gündür. Uzaq planları və problemləri bu gün düşünməyin.

Xərçəng - Həyat enerjiniz və gücünüz tükənib. Bu günə heç bir ciddi iş planlamayın, sabaha qədər səbr edin. Müxtəlif görüşlər, ünsiyyət, dostlarla və tərəfdaşlarla söhbət üçün uğurlu zamandır. Axşamı ailə çevrəsində keçirin.

Şir - Bu gün sakitliyinizi qoruyun. Nüfuzlu adamlar işinizdə irəliləməyinizə kömək edə bilərlər. İşə gec qalmaq ehtimalınız var. Beyninizə müxtəlif maraqlı və məhsuldar ideyalar gələcək.

Qız - Gün yaradıcı insanlar üçün uğurlu olacaq. İlk baxışda qəribə görünən hər şey sizin xeyrinizə olacaq. Birgə tədbirlər, kollektiv məşğuliyyət üçün yaxşı gün deyil. Fərdi qaydada gördüyünüz hər bir iş uğurla nəticələnəcək. Müdüriyyətlə ehtiyatlı olun.

Tərəzi - İşgüzar gündür. Maşın sürürsünüzsə bu gün yolda ehtiyatlı olun. Yeni tanışlıqlar uğursuz ola bilər. Bu gün qarşınıza çıxan heç bir maneəyə əhəmiyyət verməyin, uğur sizinlə olacaq. Valyuta satmaq üçün yaxşı gündür.

Əqrəb - Bu gün duyğularınızın səsinə qulaq asın, yalnız istədiyiniz işlərlə məşğul olun. Nitqiniz aydın, beyniniz isə saat kimi dəqiq işləyəcək. Bu gün uşaqlara planlamadığınız pullar xərclənəcək. Məişət söz söhbəti gözlənilir.

Oxatan - Bu gün əqli və fiziki işlər üçün yaxşı gündür. Peşəkar səviyyədə istedadınızı nümayiş etdirəcəksiniz. Bu gün zəhərlənmə ehtimalı var, dərman içərkən dozasına diqqət edin. Əsəblərinizi qoruyun.

Oğlaq - Gözlənilməz xərclər olacaq. Bəzi oğlaqları mükafat və ya qonorar gözləyir. Qohumlarınız yaxşı işə düzəlməyinizə kömək edəcək. Nüfuzlu adamlarla görüş gözlənilir.

Dolça - Bu gün enerjiniz bol olacaq. Bu gün tərəfdaşlarınızdan asılı vəziyyətə düşəcəksiniz, planlarınızı həyata keçirərkən sizə kömək etmiş adamları unutmayın. Xarici təşkilatlarla müqavilə üçün yaxşı gündür. Ağlınıza maraqlı fikirlər gələcək.

Balıqlar - Bu gün bir qədər həyəcan və stress yaşayacaqsınız. Buna səbəb doğmalarınız olacaq. Günün ikinci yarısında yediklərinizə diqqət edin. Mənzil almaq niyyəti olanlar pis vəziyyətə düşməmək üçün diqqətli olsunlar. Müdüriyyətlə ehtiyatlı olun.

Son xəbərlər
Bütün xəbərlər »