Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 yaşlı Zəhranın ölümü barədə ürək dağlayan sözlər: "Gəlin ağlayırdı ki, balam öldü"
2 yaşlı Zəhra və nənəsinin ölümü ilə bağlı hadisə şahidi danışıb.

Baku.ws xəbər verir ki, hadisə şahidi Füzuli rayonu Alxanlı kənd sakini Cəmilə Nəcəfova ötən gecə baş verənləri belə xatırlayır:

"Qapıdan möhkəm guppultunu eşitdim. Elə bildim harasa bomba düşdü. Yüyürdüm evin böyürünə gördüm ki Sahibə yıxılıb. Yanında qonşu arvadı var idi. Onun da üzü-gözü qan idi. Anası qucağında Zəhranı tutub. Üzü qan idi. Gəlin ağlayırdı ki, balam öldü".

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Son xəbərlər
Bütün xəbərlər »