Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə iş və təhsil imkanları : Avropalılar bizim işçilərin sənətkarlığını yüksək qiymətləndirirlər - Video
Bu gün xaricdə təhsil almaq istəyən gənclərin, ümumiyyətlə isə Avropa ölkələrinə köçüb orda yaşamq istəyənlərin sayı kifayət qədər çoxdur. Bəziləri  üçün bu sadəcə arzudur və onun reallaşmasını imkansız hesab edirlər. Halbuki  xarici ölkələrdə yaşamaq, işləmək və oxumaq o qədər də əlçatmaz istək deyil. Yetər ki, bu barədə məlumat sahibi olub  necə addım atacağını biləsən. Xarici ölkədə yaşamaq üçün mütləq tanış və qohumların dəstəyinə ehtiyac var  fikri artıq keçmişdə qalıb. İndi bu işlə məşğul olan müxtəlif şirkətlər var. Belə şirkətlərdən biri də YBS şirkətidir. Bu günkü müsahiblərim YBS şirkətinin təssiçisi və direktoru  Əşrəf İsmayıllı və şirkətin xaricdə təhsil məsələləri üzrə mütəxəssisi Miryusif Cavadzadədir.

-Xarici ölkələrdə işləmək  üçün əsasən hansı peşələrə tələbat var?

-İnsanlar daha çoix Kanadaya və Şimali Avropya üz tuturlar. Biz şirkət olaraq əsasən Polşa, Çexiya və Almaniyada işlə  təminata zəmanət veririk. Peşələrə  gəlincə printer işində işləyənlərə,  çilingərlərə, qaynaqçılara, dülgərlərə, sürücülərə, rəngsazlara, toyuq zavodunda işləyən fəhlələrə, tikinti sahəsində işləyən insanlara çox tələbat var.

-Minimum əmək haqqı nə qədərdir?

-Minimum əmək haqqı 1300 avrodan başlayır. Avropada iş saatından əlavə qalıb işləyirsənsə buna  görə ikiqat əmək haqqı hesablanır. Yəni insan öz əmək haqqını tənzimləyə bilir.Bəzi işlər 2000 avrodan başlayır.İşçi əlavə işləyirsə 4000-5000 avro da qazana bilər.

-Bizim ölkədən  gedən insanların əl qabiliyyəti Avropada necə qiymətləndirilir?

-Çox yüksək. Almanlar xüsusən bizim tikinti sahəsində işləyən  soydaşlarımızın yüksək sənətkarlığına heyranlıq  bildirilər.

-Xaricdə işlə təmin  üzrə hansısa şirkətlərlə əlaqələriniz varmı?

-Bəli, müqavilə əsasında işləyirik.Orta tərəfdaşlarımız var.Nəzarət edirik. Burdan gedən vətəndaşlar işə düzəldikdən sonra da bizə müraciət edə bilirlər. Ora gedib geri qayıtmaq istəyən , peşman olan görməmişəm.

-Xaricdə işləməyə getmək üçün nə qədər  vəsait lazımdır, nə qədər zaman və hansı sənədlər tələb olunur?

-Səfirə məktub, əmək müqaviləsi və yaşayış yeri haqqında sənəd. Əmək müqaviləsi bir illik bağlanır. Vətəndaş hüquqi qaydalara riayət etdiyi sürəcə bu müqavilə qüvvədədir. Yəni vətəndaşın özündən asılıdır. Bir ildən sonra müddət uzadıla bilər.Sənədlərin hazırlanmasına 2 ay, ən çox 3 ay 15 gün vaxtr  tələb olunur.500-900 avto xərc tələb olunur. Əgər viza ilə bağlı hər hansı problem yaransa ( əsasən yaranmır) ödəniş vətəndaşa geri qaytarılır. Biz müqavilə və sənədlər əsasında işləyirik.Dövlət qeydiyyatından keçmiş şirkətik. Əgər vətəndaşın  ödəməni etmək imkanı yoxdursa  işləyib maaşından  da ödəyə bilər.Məncə bu vətəndaşada güvən yaratmağa yetərlidir. İşləyən vətəndaşın hüquqları getdiyi ölkənin qanunları ilə qorunur.

-Hüquqşünas,  müəllim və s. kimi ali təhsil  sahibləri iş tapa bilirlərmi?

- İxtisas işlərini birbaşa eləmək mümkün deyil. İki- üç ay işlədikdən sonra biz başvuru edib iş tapa bilərik. Əsasən yerli dili bilmək tələb olunur.

-1300 avro bizim səviyyəmizə əsaəsn pis sayılmır. Bu  vəsaitə Polşada yaxşı yaşamaq mümkündürmü?

-Şirkət əsasən bəzi güzəştlər edir.Yerləşmə pulsuz olur. Yaşam xərci hər kəsin  özündən asılıdır.

-Almaniyaya çoxlu qaçqın gəlib. Bu gün ora bizdən işçilərə ehtiyac varmı?

-Əsasən tikinti sahəsinə ehtiyacları var.Bizim işçilərin əl qabiliyyətini çox  bəyənirlər.

 - İşə qəbilla bağlı yaş məhdudiyyəti varmı?

-50 yaşdan yuxarı işə qəbul problemli olur.

-Xarici universitetlərin diplomu tanınırmı?

-Bu barədə Təhsil Nazirliyi açıqlama verdi ki, öz ölkəsində tanınan universitetin diplomu bizim ölkədə də tanınır.

-Xaricdə attestatla qəbul leqal hesab olunurmu?İmtahansız qəbulla bağlı insanlarda bir qədər şübhə var.

-Öncə onu deyim ki, Azərbaycanınən nüfuzlu ali məktəblərindən olan Dövlət Tibb Universiteti də  xaricdən təhsilq almğa gələn əcnəbi tələbələri  attestatla qəbul edir. Yəni bu bizim ölkəmizdə də leqaldır.Bizim vətəndaşlarımızın da attestatla qəbulunda illeqallıq yoxdur və heç bir problem yaranmır. Götürək qonşu Türkiyəni. Orta hesabla hər il  Türkiyədə təhsil almağa gedən 4 min tələbədən təxminən 3 min nəfəri atatestatla qəbul olunur.

-Bəs Türkiyədə tələbənin yaşaması  üçün orta xərc nə qədər təşkil edir?

-Bu baxır  tələbənin yaşam tərzinə. Orta hesabla 300-350 manat təşkil edir.Ən çox üz tutulan ölkə Türkiyədir. Çünki dil bilgisi tələb olunmur və təhsilin ən ucuz   başa gəldiyi ölkə də Türkiyədir.

-Peşə seçimində nələrə üstünlük verilir?

-Biz xaricdə  təhsil zamanı abituriyentə peşə seçimində tövsiyələr veririk.əsasən dəqiq elmlər və müasir həyat tərzinin tempinə uyan sahələri seçməyi tövsiyə edirik. Maliyyə müşaviri, biznesin idarə edilməsi, mühəndislər, atom və nüvə mühəndisliyi kimi peşələr həm böyük gəlir həm də tələbat olan sahələrdir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »