Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
31 yaşlı gənc özünü asdı - “Anamın yanında basdırarsınız”
Ötən gün Sumqayıtın Corat qəsəbəsində intihar hadisəsi qeydə alınıb.

ARB TV xəbər verir ki, həmin qəsəbənin ev 501 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Həşimov Emin Rafiq oğlu özünü hamamın tavanından kəndirlə asaraq intihar edib.

İlkin araşdırmalardan sonra məlum olub ki, özünü asaraq intihar edən 31 yaşlı Emin Haşımov əsəb xəstəsi olub və dəfələrlə ruhi-əsəb dispanserində müalicə olunub. Onun asılı vəziyyətdə qalmış meyitini tapan atası Rafiq Haşımov bildirib ki, oğlunun evdə olmadığını görəndə ilk olaraq onun dənizə getdiyini düşünüb. Lakin daha sonra hamama daxil olmaq istəyərkən o, qapının arxadan bağlı olduğunu görüb. Rafiq Haşımov daha sonra qüvvətlə qapını itələyib və arxadakı dirək yerə düşüb. Hamamın işığını yandıran ata oğlunun asılı vəziyyətdə qalmış meyitini tapıb.

Emin Həşimov həyatına qıymamışdan öncə məktub da yazıb. O, məktubunda özünü öldürəcəyini qeyd edib. Məktubda Emin bu sözləri yazıb: “Məni anamın yanında basdırarsınız. Mənim də taleyim bu idi. Saat 13:20-də özümü öldürürəm”.

Mərhumun atası Rafiq Həşimov bildirib ki, oğlu anadan xəstəliklə doğulub. Onda əsəb və psixi pozğunluq olub, dəfələrlə ruhi-əsəb xəstəlikləri dispanserində müalicə alıb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »