Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimə gedən qadınla bağlı müəmmalı olay
Mingəçevir şəhəri Gəncə prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, hadisə şəhər sakini Müşfiq Yusifovun anası 65 yaşlı Qızpəri Yusifovanı xəstəxanadan gətirərkən baş verib. Belə ki, oğul səhhətində problemlər olan anasını Göygölə aparıb və burada qadın həkim müayinəsindən keçib. Qadının 40 yaşlı qızı Ülviyyə də onlarla birgə gedib. Qəza isə günorta saatlarında ana, oğlu və qızı Mingəçevirə qayıdarkən baş verib. Şəhərin girəcəyində Müşfiqin sürdüyü “VAZ 2106”nın təkəri altından çıxıb və nəticədə avtomobil digər “VAZ”a çırpılıb. Zərbənin gücündən Qızpəri Yusifova şüşədən çıxaraq yolun kənarına düşüb və hadisə yerində vəfat edib. Ülviyyənin isə 4 qabırğası sınıb, həmçinin baş və boyun nahiyələrindən ağır xəsarətlər alıb.

Qeyd edək ki, qəza vaxtı digər avtomobildəki 2 nəfər də xəsarətlər alıb.

*****

4 iyul

Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, dünən saat 15 radələrində Mingəçevir şəhəri Gəncə şosesində Müşfiq Yusifovun və Yevlax rayon sakini Rasim İsmayılovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə M.Yusifovun 65 yaşlı anası Qızpəri hadisə yerində ölüb, digər sərnişini, habelə R.İsmayılov və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› Şeyxülislam İranın ali rəhbərinin nümayəndəsinə cavab verib
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
Son xəbərlər
Bütün xəbərlər »