Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan sərhədini qanunsuz keçən şəxs öldürüldü
Dövlət Sərhəd Xidmətinin əməkdaşları dövlət sərhədinin pozul­masının və külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını alıblar.

05.07.2017-ci il tarixdə saat 01:00 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkar edilib.Təqib olunan sərhəd pozucusu sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriyə qaçmağa cəhd göstərib.

Sərhəd naryadının Dövlət Sərhədi haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq silah tətbiq etməsi nəticəsində sərhəd pozucusu yaralanıb, ilk tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı güllə yarasından vəfat edib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı bir ədəd gecə görmə cihazı və 2 ədəd bağlamada 8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.

Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »