Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azəriqaz": Partlayış olan kafedə qaz xətti yoxdur
Bakının Binəqədi rayonu, "Elit" Ticarət Mərkəzi yaxınlığında partlayış baş verən kafedə təbi qaz xətti olmayıb.

Bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev deyib. İ.Kərbəlayevin sözlərinə görə, "Azəriqaz" əməkdaşları artıq hadisə yerinə baxış keçirib: "Bizim əməkdaşlar hadisə baş verən əraziyə baxış keçirib. Məlum olub ki, həmin kafedə qaz xətti yoxdur və partlayış təbii qaz sızmasından olmayıb".

Xatırladaq ki, kafedə baş verən partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Hadisə nəticəsində dünyasını dəyişən iki nəfərin şəxsiyyəti hazırda müəyyənləşdirilir.

Son xəbərlər
Bütün xəbərlər »