Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin Angela Merkelə bağışladığı gül dəstəsi təhqir kimi qəbul olundu
Bu günlərdə Soçidə Rusiya prezidenti Vladimir Putin ilə Almaniyanın kansleri Angela Merkel arasında görüş baş tutub. Görüş zamanı Putin Angela Merkelə bir dəstə gül hədiyyə edib. Bu jest Almaniya mətbuatı tərəfindən birmənalı qarşılanmayıb. Belə ki,  Almaniyanın məşhur "Bild" mətbu orqanında  xəbərçilər Putinin əl sıxmaqla kifayətlənməli olduğunu, çiçək verməklə Merkellə əl tutmaq istəməməsini vurğulayıblar.

Məsələyə aydınlıq gətirənRusiya Diplomatlar Assosasiyasının sədr müavini, Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri,  Andrey Baklanov bildirib ki, rəsmi görüşlərdə  qadın siyasətçilərə çiçək bağışlanması nadir hadisə deyil və bu demək olar ki, bütün görüşlərdə baş verir. Buna görə də mətbuat tərəfindən demək olar ki, işıqlandırılmır. Baklanov xəbəri yayan almaniyalı müxbiri işini bilməməkdə və səriştəsizlikdə  günahlamndırıb. "Elə bu məqalə göpstərir ki, o işini bilmir. Gör biz kimlərlə iş görürük!"

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »