Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artistinin kürəkəni: "Güclü qanaxması var..."
Böyükxanım Əliyeva hazırda 1 saylı Klinki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Ona qan vurulur. Həkimlər qanaxmanı dayandırmağa çalışırlar. Mənfi rezuslu 3-cü qrup qana böyük ehtiyac var. Xalq artistimizə kömək lazımdır. Donorluq etmək istəyənlərdən xahiş edirik ki, xəstəxanaya müraciət etsinlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor və rejissor Qurban Məsimov bildirib.

O, Böyükxanım Əliyevanın vəziyyətinin yavaş-yavaş yaxşılığa doğru getdiyini söyləyib:

“Xalq artistimiz hazırda ciddi şəkildə müalicə alır. Şükür, vəziyyəti stabildir. Lakin həkimlər xeyli qana ehtiyac olduğunu deyiblər. Onlar xalq artistinin hemoqlobinini qaldırmağa çalışırlar. Qorxulu bir şeyin olmadığını söyləsələr də, çox narahatıq”.

Qurban Məsimov Böyükxanım xanımın 2 gün əvvəl vəziyyətinin pisləşdiyini bildirib:

“Onun vəziyyəti 2 gün öncə pisləşdi, onu dərhal xəstəxanaya apardıq. Həkimlər 12 barmaq bağırsaqda yerləşən yaranın qanadığını və qanaxmanın təhlükəli olduğunu bildirdilər. Kapilyarlardan biri partlayıb, güclü qanaxma başlayıb. Buna səbəb mədəsində olan yaradır”.

Azərbaycanın xalq artisti Böyükxanım Əliyevanın müalicəsi hazırda davam edir.

Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçamzda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »