Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
V ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir - FOTOLAR
Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanı keçirir. İmtahan V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən) üzrə aparılır. İmtahan keçirilən ünvanalrdan biri də Bakının 158 nömrəli tam orta məktəbidir. “Bizim Yol”un əməkdaşı həmin ünvanda olub, müşahidə abituriyent və valideynlərlə həmsöhbət olub.

Artıq saat 09:30-da abituriyentlər imtahan verəcəkləri məktəbin qarşısında toplaşmışdılar. Məktəbin qabağında həyəcanlı abituriyentlərlə yanaşı onların valideyinlərini də görmək olurdu. Havanın isti keçməsinə baxmayaraq valideyinlər əzmlə, səbrlə övladlarının məktəbin giriş qapısından içəri daxil olmalarını izləyirdilər.

İmtahan vərəqəsində yazıldığı kimi imtahan saat 10:00-da başladı. İmtahanın getdiyi bu bir neçə saat abituriyentləri uğurdan ayıran saatlar oldu. Övladlarını imtahana yola salan valideyinlər isti və küləkdən qaçmaq üçün kölgəliklərə çəkilib 3 saatın keçməsini gözləyirdilər. İmtahan gedən ünvanda valideyinlərlə yanaşı asayiş keşikçilərini görmək olurdu. İmtahan gedən məktəbin həyətində dayanan təcili tibbi yardım maşını isə abituriyentlərin həyəcanına daha da həyəcan qatmaqda idi.

İmtahan gedən ünvanın həyətində fürsətdən istifadə edənləri də görmək çətin deyildi. Belə ki, özəl təhsil mərkəzinin broşür paylayan işçilərini həyəcanlı valideyinlərin arasında görmək olurdu. Bütün bunlarla yanaşı abituriyentlərə dualar yağdırıb valideyinlərindən pul alan dilənçiləri də qeyd etməmək mümkün deyil.

Məlumat üçün qeyd edək ki, V ixtisas qrupu üzrə qəbul imtahanlar 9 şəhər və rayonda aparılır. İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 52 imtahan mərkəzində keçirilir. İmtahanlarda ümumilikdə 26709 nəfərin iştirak edəcəyi gözlənilir.

Elgün Qarayev

[gallery columns="1" size="large" ids="6784,6785,6786">

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »