Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən bahalı futbol klubu
Dünyanın ən bahalı futbol klubu
“Brend Finance” marka qiymətləndirmə təşkilatı dünya futbolunun “Ən dəyərli ilk 50 klub markası” hesabatını yayımlayıb.

Oxu.Az xəbər verir ki, dünyanın ən bahalı futbol klubu 1 milyard 733 milyon dollar marka dəyəri ilə “Mançester Yunayted” seçilib.

Siyahıya daxil olan 50 futbol klubunun ümumi brend dəyəri 20 milyard 486 milyon dollar təşkil edib. İlk onluqda yer alan klubların marka dəyəri 11 milyard 616 milyon dollara çatıb.

Keçənilki siyahıda ilk sırada yer alan “Mançester Yunayted” 1 milyard 170 milyon dollarlıq marka dəyərini 48 faiz artıraraq 1 milyard 733 milyon dollara yüksəldib. “Dünyanın ən dəyərli futbol klubu” titulunu qoruyub saxlayıb.

“Real Madrid” isə 1 milyard 419 milyon dollarlıq marka dəyəri ilə ikinci, “Barcelona” 1 milyard 418 milyon dollar ilə üçüncü sırada yer alıb.

Ən dəyərli 10 klubundan 6-sı ingilis komandaları olub. İlk 10-da iki ispan, bir fransız və alman komandası yer alıb.

Son xəbərlər
Bütün xəbərlər »