Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın “Eurovision”a xərclədiyi məbləğ açıqlandı

20,4 milyon avro xərclənib, 5 milyon dollar vəsaitə qənaət olunub

"Ukrayna "Eurovision" mahnı müsabiqəsinə ümumilikdə 20,4 milyon avro vəsait xərcləyib". APA-nın məlumatına görə, bunu ölkənin İctimai Televiziyasının baş direktor müavini Pavel Qritsak bildirib.

O, 5 milyon 139 min 433 dollar vəsaitə qənaət olunduğu deyib. P. Qritsak digər ölkələrin analoji yarışmaya sərf etdikləri vəsaiti bu ilki büdcə ilə müqayisə etməyi də unutmayıb. Onun sözlərinə görə, ötən il İsveç yarışmaya 23, Avstraliya 38,2, Danimarka 49 milyon avro pul sərf edib. Bu da son illərə nəzər salanda, yarışmaya xərclənilən ən az büdcədir.

Baş direktor müavini yarışma zamanı 64 min bilet satıldığını və bundan ümumilikdə 2 milyon 445 min 702 dollar qazandıqlarını da açıqlayıb.

Qeyd edək ki, Kiyevdə keçirilən “Eurovision 2017” yarışmasının qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.

Son xəbərlər
Bütün xəbərlər »