Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qumarla “BMW” aldığı deyilən azərbaycanlı danışdı - FOTO
"Həyatımda bütün uğurlara öz zəhmətimlə çatmışam, qumarla yox"

Dünən ölkə mətbuatı qumardan 4,5 milyon rubl udub özünə “BMW” və digər bahalı əşyalar alan azərbaycanlı tələbədən yazıb.

Avtosfer.az xəbər verir ki, barəsində danışılan Hüseyn Rzazadə bütün bunların ağ yalan olduğunu açıqlayıb: "Guya ki, mən “BMW” almışam qumar hesabına. Ruslar hansısa onlayn qumar saytını reklam etmək üçün hekayə uydurub, mənim fotolarımdan istifadə edərək cəfəng bir yazı hazırlayıblar. Bizin yerli saytlar da araşdırmadan həmin yazını tərcümə edərək tirajlayıblar. Yalandan özlərindən hekayə qurublar bu ruslar öz onlayn qumar saytlarını reklam etmək üçün və bizim saytlar da onların xəbərlərindən yararlanaraq tərcümə edib bütün xəbər portallarında mənim şəkillərimdən istifadə edərək yayıblar. Bildirirəm ki, mənim adım həmin yazılarda qeyd edildiyi kimi Cabbar Nəsibov yox, Hüseyn Rzazadədir. Bu avtomobil isə bir ildir ki, məndədir, qumar hesabına yox, zəhmətim hesabına almışam. Ümumiyyətlə, bütün uğurlarıma görə zəhmət çəkmişəm. Yazılanlar uydurma və cəfəngiyyatdır, məni tanıyanlar necə biri olduğumu bilirlər. Bu, biabırçılıqdır".

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »