Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL-dan “Galaxy Note 7” ilə bağlı - Xəbərdarlıq
Məhdudiyyətlər smartfonun alışıb yanması ilə bağlıdır.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən, “Azərbaycan Hava Yolları” sərnişinlərdən uçuş zamanı “Samsung Galaxy Note 7” smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

Oxu.Az-a AZAL-dan verilən məlumata görə, bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

Məhdudiyyətlər “Samsung Galaxy Note 7” smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə “Samsung” şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

AZAL-dan bildirilib ki, “Samsung Galaxy Note 7” smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »