Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı general: Ermənilər müharibəni yaxınlaşdırırlar
“Ermənilər həmişə mülki insanlara atəş açıblar, dinc əhalini qətlə yetiriblər. Yaşayış obyektlərini, yaşlı insanları, qadınları, körpələri gülləbaran etmələri ermənilərin dədə-baba adətləridir. Amma bizimkilər heç zaman belə hərəkət etməzlər. İndi də Füzulidə insanları qətlə yetirməklə növbəti dəfə təxribata əl atıblar. Düzdür, ordumuz da ermənilərə kəskin şəkildə cavab verib. Ermənilər ordumuzu onların hərbi obyektlərinə cavab zərbələri endirməyə və onları susmağa vadar ediblər. Ermənilər özləri bununla müharibəni yaxınlaşdırırlar. Bizim haqqımız var ki, hər an bu müharibəni başlayaq, bununla onlar bizim haqqımızı bir az da gücləndirirlər”.

Bunu milli.az-a açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov ötən gün Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunda mülki əhalini və mülki obyektləri atəşə tutması və günahsız insanları qətlə yetirməsi hadisəsini şərh edərkən deyib.

General ermənilərin ciddi-cəhdlə Azərbaycanı bilərək müharibəyə sövq etmələrinin səbəblərini belə açıqlayıb: “Bəli, onlar bunu bilərəkdən edirlər. Düzdür, Ermənistan bilir ki, bu müharibədə məğlub olacaq. Ancaq indiki məqamda onların marağı danışıqları uzatmaqdır. Çünki arxayındırlar ki, himayə edənləri müharibənin dərinləşməsinə imkan verməyəcəklər, Azərbaycana mane olacaqlar. Amma erməni ictimaiyyətinə özlərini elə göstərirlər ki, guya güclüdürlər. Guya Azərbaycan tərəfi atəş açır və onlar cavab verirlər, cəbhədə vəziyyət gərgindir. Qısası, bununla öz zibillərini ört-basdır etmək, daxildə stabilliyi qorumağa çalışırlar. Çünki bilirlər ki, ölkədə Ermənistan iqtidarına qarşı hər an onların hakimiyyətinə son qoya bilən kütləvi etiraz başlaya bilər”.

Qeyd edək ki, iyul ayının 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »