Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bir sətkan su ilə də savab qazanmaq olar” - Video
Hacı Şahin Həsənli: “İnsan öz istəklərinə yox deməklə Allaha doğru yol gedir”

Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Ramazan ayının gəlişi münasibətilə “Bizimyol.info" saytına müsahibə verib.

- Hacı Şahin, öncəliklə sizi və bütün Azərbaycan xalqını Ramazan ayının gəlişi münasibətilə təbrik edirik. İzləyicilərimizdən gələn çoxsaylı suallara cavab vermənizi istərdik.

- Təşəkkür edirəm. Mən də bütün Azərbaycan xalqını təbrik edirəm, Allah niyyətlərimizi gözəl eləsin, oruc dualarımız qəbul olunsun.

- Hacı Şahin, əvvəlcə Ramazan ayının başlanmasında bizimlə Türkiyə arasındakı bir gün fərqinə aydınlıq gətirmənizi istərdik. Bildiyimizə görə ərəb dünyasında da Ramazan ayının miladi təqvimlə mayın 17-də daxil olduğu bildirilir.

- Ramazan ayının gəlişi Qurani- Kərimdə qeyd olunduğu kimi ayın görünməsilə başlayır. Hicri Qəməri təqvimilə Ayın üfüdə görünməsi ay başlanmış hesab olunur. Azərbaycan ərazisində ayın üfüqdə görünməsi mayın 16-da mümkün deyildi. Şamaxı rəsədxanası və QMİ-nin birgə yaratdığı komissiyanın müzakirələri nəticəsində məlum oldu ki, Azərbaycan ərazisində ayın görünməsi mayın 16-sı gecə saatlarında olacaqdır.Yəni Ramazan ayının ilk günü may ayının 17-də olacaq. Bunun heç bir siyasi anlamı və təqlidçiliklə əlaqəsi yoxdur. Ayın doğması ilə ayın görünməsi arasındakı fərqi də nəzərə almaq lazımdır. Bəzi ölkələr Ramazan ayını ayın doğması ilə, bəziləri isə görünməsilə başlanmış hesab edirlər. Bizim ölkədə ayın görünməsilə hesablanır və QMİ bütün məsuliyyəti öz üzərinə götürür.

- Bəs bir gün öncə oruc tutmağa başlayanlar üçün nə deyərdiniz?

- Şaban ayının son günündə oruc tutmaq bəyənilən əməldir. Ramazan ayından öncə oruc tutmaq böyük savabdır.

- Namaz qılmadan oruc tutmaq mümkündürmü?

- Bir insan bir ibadədi tərk edirsə, bu onun digər ibadəti tərk etməsi üçün əsas vermir. Ola bilsin ki, o, oruc tutmağa başlamaqla digər vacib dini əməllərə də başlamış olacaq.

- Oruc bədənimizin imtahanı olduğu kimi, ruhumuzun da imtahanıdır. Ruhu tərbiyə edirmi?

- Bəli. Ramazan ayında insan bioloji istəklərindən imtina edir. Biz nəfsimizə qalib gəlib, istəklərimizdən imtina etməklə azadlığa qovuşmuş oluruq. Bu elə ruhun tərbiyələnməsinə gətirir. Ruhun tərbiyəsi özünə yox deməkdədir. İnsan günahlarından arınmaqla Allaha doğru yol gedir. Eyni zamanda oruc sağlamlıqldır. İftar zamanı düzgün qidalanmağa əməl etməklə sağlamlığınıza böyük töhfə vermiş olursunuz.

- İzləyicimiz sual verir ki, 3 gün müddətinə rayona səfər etməliyəm. Səfər zamanı oruc tutulması məsələsinə aydınlıq gətirmənizi istəyərdik.

- Əgər səfər edəcəyi rayon onun doğulduğu yer deyilsə, ana yurdu deyilsə, istirahət üçün gedirsə orda olduğu müddətdə oruc tutulmur. Ramazandan sonra günə gün qəza etməlidir. Günortadan sonra səfərə çıxırsa həmin günün orucunu tutmalıdır. İnsansəfərə çıxırsa evində orucunu poza bilməz. Yalnız şəhərdən çıxdıqdan sonra oruc pozulmalıdır.

- İsveçdən bir izləyicimiz sual verir ki, burda hava qaralmır. Mən necə oruc tutum?

- Ən yaxın ölkənin oruc təqvimi əsasında imsak və iftar zamanlarına əməl etmək lazımdır.

- Qrip olmuşam. Amma dərman qəbul etmirəm. Bu şəkildə oruc tutmaq olarmı?

- -Qrip halında oruc tutmaq olar. Bəzi xəstəliklər var ki, oruc tutarkən xəstəlik inkişaf edib insan orqanizminə ciddi ziyan vurursa oruc tutsaq günah etmiş oluruq. Bəzi insanlar bədənlərinə zərər vermək hesabına Allahın əmrini yerinə yetirirəm, deyərək oruc tuturlar. Lakin bu bəyənilən əməl deyil. Bədənimizə ziyan verərək oruc tuturuqsa bu o deməkdir Allahın əmrinə qarşı çıxıb harama giririk. İnsana oruc tutmaqdan daha vacib Allahın əmrini dinləməkdir. Yüngül xəstəliklər zamanı oruc tutmaq olar

- Süd verən ana oruc tuta bilərmi?

- Südünün kəsilməsinə səbəb olarsa, bununla uşağına zərər olarsa oruc tutmaması məsləhətdir.

- Ramazan ayında qurban kəsmək olarmı?

- Bəli, bəyənilən əməldir.

- Ramazan ayında nigah oxunması caizdirmi

- Bəli nigaha girmək olar, günah deyil.

- Səhər imsakdan sonra cənabət qüslü etmək olarmı?

- Sübh azanına qədər qüsüllü qalmaq orucu batil edir. İmsakdan sonra qüsl alınsa oruc pozulmur. Şərt azana qədər bunu çatıdrmaqdır.

- Kimdənsə pulsuzmal alıb onu pulla satmaq haramdırmı?

- Xeyr. Birisi sizə nəyisə hədiyyə edib və siz onu satıb qazanc götürmüsünüzsə bu haram deyil.

- Diş ətinin qanaması ilə oruc pozulurmu?

- Qan udulmursa oruc pozulmur. Qeyri-ixtiyarı boğazdan keçərsə pozulmur. Bilərəkdən udarsa oruc batil olur.

- İftar imsak zamanları ilə bağlı sual vermək istərdim. Səhər saat 3.40 da hava tamamilə qaranlıqdır. Axşam iftar zamanı hava hələ işqılıdır. Bu bir qədər oruc tutanlarda şübhə yaradır

- Biz şəhərdə yaşadığımız üçün bunu hiss etmirik. əslində bütün insanlar QMİ-nin təqdim etdiyi ramazan təqviminə rahatlıqla uya bilərlər.

- Gündüz vaxtı boynuna qüsl düşən şəxsin orucu pozulurmu?

- Bu qeyri ixtiyari baş verərsə oruc batil olmur. Cinsi münasibətlər bilərəkdən edilirsə oruc pozulur.

- Namazdan nə qədər zaman keçəndə o qəzaya qalmış hesab olunur?

- Sübh namazının azan verildikdən gün çıxana qədər vaxtı var. Günorta namazlarının vaxtı gün ortaya çatdıqdan sonra günün qürub vaxtına qədərdir. Axşam namazının vaxtı qürub vaxtından gecə yarısına qədər qılınır. Gecə on ikinin yarısından sübh azanına qədər nə vacib, nə qəza niyyət edilmiədən qılınır Sübh azanından sonra isə axşam namazları qəza hesab olunur.

- Cəzaçəkmə müəssislərində dini ibadətlərin təşkili və oruc necə yerinə yetirilir?

- Cəzaçəmə müəssisələrində məscid də var. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Pentensiar Xidmətin birgə tədbirləri çərçivəsində belə müəssisələrdə oluruq və nəzarət edirik, cəzaçəkmə müəssisələrində istəyən şəxslərin oruc tutmasına heç bir maneə yoxdur. Hər kəs dini ibadətlərini yerinə yetirə bilir.Belə müəssisələrə lazımi dini ədəbiyyat da çatdırırıq.

- Qadınların yeməyin dadına baxması orucu batil edirmi?

- Xeyr. Yemək bişirən şəxsin udmamaq şərti ilə dadına baxması, hətta bilməyərəkdən udması orucu pozmur

- Əmiqızı ilə əmioğlunun nigahı haladır?

- Bəli. Dinimiz buna icazə verir.

- Oruclu halda musiqiyə qulaq asmaq olarmı?

- Musiqinin halalı haramı var. İnsana hansısa ümüumbəşəri dəyərləri tərənnüm edən, fəsada, günaha sürüklməyən musiqilər haram deyil. Amma düşünürəm ki, bu ayda mənəvi məsələlərə daha çox yönəlmək lazımdır.

- Boynunda qüsl yoxdur. Bayram namazı üçün yenidən qüsl almaq şərtdirmi?

- Şərt deyil, sadəcə bəyənilən əməldir.

- Zöhr vaxtı ağızı yaxalamaq olarmı?

- Suyu udmamaq şərti ilə olar

- Müalicə məqsədilə şam qoydurmaq orucu pozarmı?

- Xeyr.

- Yuyunarkən bədənin bütövlükdə islanması orucu pozarmı?

- Xeyr. Duşda yuyunmaq orucu pozmaz. Sadəcə dənizə və ya hovuza baş vurmaq olmaz.

- Orucu 1 gün pozmanın 60 gün cəzası varmı?

- Bəli. 60 gün qəza bir gün orucun özü. Yəni 61 gün. Buna imkan yoxsa 60 insanı doyuracaq qədər iftar vermək olar.

- Yəni oruc tutmayan insan 60 nəfəri yedizdirsə buqəbul olunurmu?

- Oruc tutmadığına görə günaha girir. Amma 60 nəfəri doyuzdurmaqla 60 gün qəza orucu tutmağı əvəz etmək olar.

- Hacı pivəsi deyilən içki haladır?

- Hacı pivəsi deyilən bir şey yoxdur.Arpa suyu anlayışı var. Tərkibində spirt yoxdursa, hazırlanma texnologiyasında spirtli içkilərə qarışmayıbsa halaldır.

- Qadınlar heyz halında oruc tuta bilərmi?

- Tutmamalıdırlar, günə gün qəza etməlidirlər. Heyz halındaykən buraxılan namazlar qəza edilməz.

- Orucu yuxuya verdik kimi bir anlayış var. Orucda yatmaq günahdırmı.

- Peyğımbərimiz bildirir ki, Ramazan ayında yuxularınız da ibadətdir. Amma səhərdən axşama qədər yatmaq düzgün olmaz.

- Bir həftəlik işlə bağlı Hacıqabula gedib gələcəm. Orucum necə olsun.

- Əgər Hacıqabul doğulduğunuz yerdirsə, Bakıda da orda da eviniz varsa orucu pozmadan davam edə bilərsiniz. Əks halda səfər zamanı oruc tutulmaz.

- Hamilə qadınların oruc tutması ilə bağlı nə deyə bilərsiniz?

- Əgər bu anaya və körpəyə zərər verəcəksə oruc tutmamalıdırlar. Həkimlə məsləhətləşmək laızmdır.

- Bu ayda saça rəng qoymaq olarmı?

- Bəli.

- Səhər durmamaq şərtilə niyyət edilsə oruc tutmaq olarmı?

- Bəli, mümkündür.

- Marketdə işləyən izləyici sual verir ki, marketdə müştərilərin əli əlimə dəyirsə bu orucu və abdəsti pozurmu?

- Xeyr, pozulmur.

- Əhya gecələrində hansı ibadətlər edilsə yaxşı olar?

- Quran ayələri Covşəni-Kəbir duası oxunsa, və elə öz ana dilində Allaha müraciət edib dualar etsə yaxşı olar.

- Yalnız son 10 gündə oruc tutulsa necə olar?

- Ramazan ayı bir ay davam edir. Bir gün oruc tutsa bir gün savabı var, bir ay tutsa bir ay savabı var.

- Şəhər evlərində hamam tualet bir yerdədir. Burda qüsl və dəstəmaz almaq günahdırmı

- Xeyr.

- Həmişə içki içən bir insanın bu ayda oruc tutması caizdirmi?

- Allaha doğru atılan hər bir addım gözəldir. Kimsə ona deyə bilməz ki, sən içirsən, ibadət edə bilməzsən.

- Müsafirliyin məsafə hökmü nə qədərdir?

- 22,5 km. Gediş-gəliş məsafəsi 90 km.

- Əlin qana dəyməsi dəstəmazı pozurmu?

- Yox, sadəcə qan tökülən yerin təmizlənməsi lazımdır.

- Söyüş orucu batil edirmi?

- Batil etmir, lakin bəyənilmir.

- Orucun tutulması ilə bir illik günahlar bağşlanır?

- Oruc, ümumiyyətlə, günahları bağışlayır. Bir şərtlə ki Allahın dərgahına yönəlık, peyğımbəri salavatla yad edək və valideynlərimizi razı salaq

- İftar yeməyi verməyin savabı nədir?

- İftar yeməyi vermək savab əməllərdəndir. Hətta bir xurma və bir sətkan su verməklə bu savabı qazanmaq olar. Amma iftar verənin oruc tutan insan qədər savaba girməsi barədə deyilənlər doğru deyil.

- Hacı, bizə zaman ayırdığınıza görə sizə təçəkkür edirəm

- Mən də hər kəsə minnətdarlığımı bildirib, bu gözəl ayın fəzilətlərindən yararlanmağı diləyirəm.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »