Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Silahlı Qüvvələri telefon istehsal edəcək

Türkiyə ordusunun informasiya təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi telefonlar istehsal ediləcək.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, telefonun proqram təminatı türk mütəxəssislər tərəfindən hazırlanacaq.

Məlumata görə, bu telefonlar “Android” sistemi ilə təchiz ediləcək. Lakin, telefona proqram yazmaq mümkün olmayacaq. Bundan başqa, səsli danışıqlar birbaşa qeydə alınacaq.

Bundan başqa, telefon SMS və ya “WhatsApp” kimi mesajlaşma xidmətləri əvəzinə, xüsusi şifrəli proqramla təmin ediləcək.

Telefonlar vacib bölgələrdə xidmət aparan əsgərlərə veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »