Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail nəşrindən ittiham: Türkiyə İrana...

Türkiyə İsrail istehsalı olan elektronik cihazları İrana sataraq BMT Təhlükəsizlik Şurasının Tehrana yönəlik sanksiyalarını pozur.

Bu səbəbdən BMT sözügedən məsələni araşdırmaqla məşğuldur.

Axar.az xəbər verir ki, bu iddia ilə İsrailin “Yedioz Aharonot” qəzeti çıxış edib.

İddiaya görə, ötən il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İsrailin “Celem” şirkətinin istehsalı olan elektrik kondensatorları müsadirə edilib.

Məsələ ilə bağlı açıqlama verən şirkət nümayəndəsi Türkiyə tərəfinin onları aldatdığını bildirib:

“Bu cihazları Türkiyə şirkətlərindən birinə satmışdıq. Əgər bu məhsullar İrana göndərilibsə, demək ki, alıcı bizi aldadıb”.

Qeyd edək ki, BMT TŞ-nin 2231 saylı sanksiya qətnaməsinə görə İrana nüvə texnologiyasının inkişaf etdirəcək elektronik cihazların satışı qadağandır.

Son xəbərlər
Bütün xəbərlər »