Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
At arabası ilə avtomobil toqquşdu - yaralılar var
Samuxda yol qəzası nəticəsində ata və oğlu xəsarət alıb. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Zazalı kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşı tərəfdən gələn avtomobilin güclü işıqlandırması nəticəsində idarəetməni itirib və yolun kənarı ilə gedən at arabasına çırpılıb.

Qəza zamanı at arabasında olan 1969-cu il təvəllüdlü Cümşüdov Ceyhun Yusup oğlu və onun övladı 2002-ci il təvəllüdlü Cümşüdov Elvin Ceyhun oğlu müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş »
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »