Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Maşın”da onlar da yarışacaq – Siyahı
Xəbər verdiyimiz kimi, teleməkanın ən qalmaqallı proqramı “Maşın” şou Əməkdar artist Murad Dadaşovun təqdimatında yenidən ATV-də start götürür.

“M Group Production”ın istehsalı olan realiti şou mayın 28-də başlayacaq.

Yenə də 18 məşhurun mübarizəyə başlayacağı şouda ilk dəfə və bir neçə dəfə iştirak etmiş məşhur şəxslərin olduğu bildirilsə də, onların kimliyi barədə informasiya verilməyib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Maşın”ın 16-cı sürətində səs-küylü aktrisa Pərvin Abıyeva, müğənni Xuraman Şuşalı və reper Qurd olacaq.

Qeyd edək ki, Abıyeva şouda ikinci dəfə iştirak edəcək. Qurd isə şouda ilk dəfə olacaq.

Son xəbərlər
Bütün xəbərlər »