Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtoyumanın işçisi müştərinin maşını ilə adam vurdu...
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 3-də gecə saat 1 radələrində Nərimanov Rayon Polis İdarəsinə paytaxt sakini Vahid Əhmədovun avtomobillə vurularaq xəsarət alması barədə yerləşdirildiyi xəstəxanadan məlumat daxil olub.

Dərhal araşdırmalara başlayan əməliyyat qrupu xəstəxanaya yollanıb. Yaralının vəziyyəti ağır olduğundan ondan heç bir məlumat almaq mümkün olmayıb.

Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edən polis əməkdaşları yol-nəqliyyat hadisəsinin F.Xoyski küçəsində "VAZ-2106" markalı avtomobillə törədilməsini müəyyən ediblər. Nərimanov RPİ-nin Cinayət-axtarışı şöbəsi və 18-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa vaxtda həmin avtomobilin sahibi - Bakı şəhər sakini Seymur Nəcəfov müəyyən edilərək polis idarəsinə dəvət edilib.

Öz ifadəsində o, sahibi olduğu maşını bir qədər əvvəl yumaq üçün avtoyuma məntəqəsində işləyən Valeh adlı şəxsə etibar etdiyini bildirib.

Görülmüş tədbirlərlə həmin şəxsin ünvanı dəqiqləşdirilib və o, saxlanılaraq şübhəli şəxs qismində polis idarəsinə gətirilib. Onun Bakı şəhər sakini Valeh Rəhmanov olması müəyyən edilib. Ətrafında aparılan tədbirlərlə həmin maşını idarə etdiyi zaman yol-nəqliyyat hadisəsini törətməsi və hadisə yerindən uzaqlaşması, maşını isə Nəsimi rayonu ərazisində sahibsiz vəziyyətdə ataraq qaçdığı aşkar edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »