Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda avtomobil qiymətinə helikopter satılır — VİDEO
İnternet saytlarının birində yerləşdirilən bu elanlarda Bakıda son model helikopterlərin satışı həyata keçirilır. Qiymətlər isə 55 min manatdan başlayaraq ölçüsünə və istehsal ilinə görə dəyişir.Xəzər TV-nin məlumatına görə, elanda məkan olaraq Bakı göstərilsə də, satıcı helikopterlərin sifarişlə gətirildiyini deyir. Onun sözlərinə görə, sənədləşmə helikopter gətiriləndən sonra həyata keçirilir.

Satıcının dediyinə görə, ölçüsündən asılı olaraq helikopter istənilən yerdə park edilə bilər. Sadəcə qarajın ölçüləri uyğun olmalıdır.

Helikopteri ada keçirtmək mümkün olsa da, sürmək üçün ya xüsusi pilotluq dərəcəsi olmalıdır, ya da ki, şəxsi pilot saxlamaq lazımdır. Digər bir məsələ isə uçuşu həyata keçirtmək üçün icazə məsələsidir ki, bu da bir neçə qurumdan icazə almaqla mümkündür.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »