Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parisdəki jurnalist ASAN Xidmətdən yazdı
Fransada yaşayan tanınmış jurnalist və bloger Elnur Məcidli ASAN Xidmət haqqında fikirlərini facebook dostları ilə bğlüşüb. O, həmin sosial şəbəkə saytındakı hesabında belə yazıb: “Azərbaycanda son illərdə aparılan uğurlu islahatlardan biri də ASAN Xidmətdir. Düzü, bu xidmətdən istifadə etmək mənə nəsib olmasa da, ailə üzvlərim, qohumlarım və ətrafımdakı dost-tanış daxil olmaqla müsbət rəylər eşitmişəm. ASAN Visa daa çıxandan bəri Azərbaycana getmək istəyən bütün fransız və xarici dostlarımı da bu xidmətin saytına yönləndirirəm.Bu yaxınlarda daha bir dostumuzun nişanlısına Bakıya viza almaq lazım idi, səfirliyə müraciətdə xeyli bürokratik proseduraların olduğunu görüb mənə zəng edib, ASAN yolunu soruşurdu, mən də ASAN Visanı tövsiyyə etdim və budur həmin şəx bir həftə olmadan vizasını aldı.Əks halda Strasburqda yaşayan dostumuz Parisə gəlmək üçün 200-300 avro əlavə xərci çıxacaqdı, ailəsindən sənəd və s. istəmişlərdi. Səfirliyin müraciətlərə yorğun ağsaqqal kimi cavab verməsi, insanlı viza prosesindən yorur, əvəzində Qafqaza səfər etmək istəyən potensial turist Gürcüstan və Ermənistanı seçir. Qısacası, mənə elə gəlir ki, bütün Azərbaycanı yersiz bürokratik əngəllərdən, korrupsiyadan xilas etmək üçün ASANlaşdırmaq lazımdır”.
Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› Şeyxülislam İranın ali rəhbərinin nümayəndəsinə cavab verib
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
Son xəbərlər
Bütün xəbərlər »