Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda həkim qadını analıqdan məhrum edib – VİDEO
Tovuz rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya gətirən Aygün Qasımova 26 yaşında analıqdan məhrum olub.

Oxu.Az-ın məlumatına görə, ailə üzvləri ARB 24-ə deyib ki, Aygün doğuşadək daim həkim nəzarətində olub və səhhəti ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib.

Nəsibə Qasımova - zərərçəkənin anası: “Mən 11 aydır ki, qızımı Xatirə həkimin yanına gətirmişəm. Yəni boş qarına Xatirə həkim 3 ay müalicə edib. Ondan sonra 9 ay mütəmadi olaraq bu həkimin xəstəsi olub. Deyib ki, doğuşa hazırdır, mən onu doğuzduracağam. Birdən-birə dedi ki, doğuzdurammıram, qeysəriyyə əməliyyatı olunmalıdır”.

Qeysəriyyə əməliyyatına alınan Aygünün vəziyyəti qəfildən pisləşir. Anaya təcili qan köçürmək lazım gəlir.

Nəsibə Qasımova - zərərçəkənin anası: “Orada qan yox idi. Qanın qramını 70 manata aldıq. Vaxtında çatsa, mənim uşağım bu vəziyyətə düşəsi deyildi”.

İttihamlar bununla bitmir. Xəstə yaxınları bildirir ki, adı dövlət xəstəxanası olsa da, Tovuz rayon Mərkəzi Xəstəxanası özəl tibb müəssislərindən heç də geri qalmır. Təbii ki, xidmətin keyfiyyətinə yox, ödənişə görə. O qədər pul istəyirlər ki, bilmirlər, xəstəni düşünsünlər, yoxsa onlardan tələb olunan pulu hardan tapacaqlarını.

Cabir Qasımov - zərərçəkənin qayını: “Nə Xatirə həkimə, nə də Xanlar həkimə müraciət etməyin. Onlar neçə ailəni bədbəxt ediblər. Qapıçıdan tutmuş hər biri pul istəyirlər”.

İttihamları qəbul etmək istəməyən Hippokratın davamçıları hərəkətlərinə bu cür bəraət qazandırdılar.

Xatirə Quliyeva - ginekoloq: “Əgər 4 saatdan artıq müddətdə gələcək hissə müstəvilərlə irəliləmirsə, bu, artıq kliniki dar çanağı sübut edir və qeyser kəsiyi əməliyyatına göstərişdir. Bu barədə məlumat verdim onlara və dedim ki, xəstənin əməliyyata götürülməsi zəruridir, ölümlə nəticələnə bilər, uşaqlığın cırılmağı ilə nəticələnə bilər. Xəstəni əməliyyata götürdük”.

Əməliyyatın nəticəsi olaraq Aygünün çəkisi 3 kq 800 qram olan qız övladı dünyaya gəlir. Ana və uşağın vəziyyəti kafi qiymətləndirilir. Əməliyyatdan təxminən 45 dəqiqə sonra xəstənin uşaqlıq yolunda qanaxma başlayır. Ümumi vəziyyəti ağırlaşır. Nəbzi dəqiqədə 94 dəfə vurur, arterial təzyiq enir və qanaxma dayanmır.

Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirir ki, “sən artıq ana ola bilməzsən” diaqnozu xəstəyə çox nadir hallarda qoyulur. O, bölgələrdəki xəstəxanalarda qan ehtiyatının olmaması məsələsinə də aydınlıq gətirib.

Sevinc Məmmədova - Respublika Perinatal Mərkəzinin direktoru: “Bölgələrdə qan yoxdur” demək düzgün deyil. Burada mütəmadi olaraq qan “zapasları” olmalıdır”.

Bəli, əslində, belə olmalıdır. Amma Tovuz rayon Mərkəzi Xəstəxanasında tam başqa ab-hava hökm sürür.

İndi Qasımovlar ailəsini bir sual düşündürür: 26 yaşlı Aygünün Tovuz rayon Mərkəzi Xəstəxanasında başına gələnlər, analıqdan məhrum olması kimin günahıdır? Onlar bu sualın cavabını əldə etmək üçün hüquq-mühafizə orqanlarının araşdırma aparmasını istəyirlər. Yalnız bundan sonra kimin haqlı, kimin haqsız olması ortaya çıxacaq.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »