Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su ehtiyatlarına qənaət hamının işi olmalıdır
Hazırda çox isti yaz günlərini yaşayırıq. Bu o deməkdir ki, suya olan tələbat ikiqat artıb. Yayın gəlişi ilə şəhər və kəndlərdə suya olan tələbat müxtəlif şəkildə özünü göstərir. Şəhər əhalisi əsasən məişətdə suyun istifadəsini artırır, kənd yerlərində isə əkin biçinin yanmadan məhsul dövrünə çatdırılması üçün su vacibdən də vacib olur.

Yer üzündəki su ehtiyatlarının cəmi 3 faizə qədəri içməli sudur. Və onu da diqqətdə saxlamalıyıq ki, dünyada 1.1 milyard insan içməli su əldə etməkdə çətinlik çəkir. Sudan istifadə edən hər bir insan duyarlı olmalıdır. Şəhərdə və ya kəndə yaşamağından asılı olmayaraq hər bir insan hazırda dünyada gedən iqlim dəyişmələrinin fonunda su ilə bağlı yarana biləcək problemlər haqqında maariflənməlidir. Bu işdə dövlət və əhali əlbir olmağı bacarmalıdır. Mütəxəssislərin rəyləri və tövsiyyələri diqqətdə saxlanmalıdır.

Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın su ehtiyatları daha məhduddur. Belə ki, regionun ümumi su ehtiyatının cəmi 15 faizini təşkil edir. Ərazi və adambaşına düşən su ehtiyatları Gürcüstandan 7,7 və 8,3 dəfə, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Su təminatına görə ölkəmiz dünyanın ən az təmin olunan regionlarından sayılır. Təxminən 1 kvadrat km-ə 100 000 kubmetr su, hər adambaşına isə il ərzində 950-1000 kubmetr su düşür. Ümumi su ehtiyatlarımız 28,5-30,5 kubkm arasında dəyişir. Mülayim və quraq illərdə bu ehtiyat daha da azalaraq 27 və 22,6 kubkm təşkil edir ki, bunun da 17,1 və 14,3 kub km-i tranzit çayların payına düşür. Quraq regionlarda su ehtiyatlarının az olması lokal inkişafa zərbə vuran əsas amil hesab olunur. İqlim nə qədər quraqdırsa, iqlim dəyişmələrinə həsasslıq da daha çox müşahidə olunur.

Dünyada su probelminin faizi artıqca inanlar su mənbyi kimi gözlərini dəniz və okeanlara dikir, onların suyunun duzsuzlaşdırılaraq istifadəsi yollarını axtarırlar. Bu artıq arzudan rallığa çevrilib. Xəzəryanı ölkə olaraq da azərbaycan da bu yolda addımlar atmaqdadır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəniz suyunun duzsuzlaşdırılması üçün yüksək texnalogiyaya əsaslanan zavod- “Xəzər dənizi suyunun duzsuzlaşdırılması qurğusu” və müasir tinglikdən ibarət kompleks- “Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik” müəssisələri yaradılmışdır. Müəssisələr Salyan rayonunun Xıdırlı kəndinin inzibati ərazisində yerləşir. Bu kompleksə gün ərzində 2500 kubmetr su daxil olur ki, bunun da 1000 kubmetri duzsuzlaşdırılaraq xüsusi anbara ötürülür. Suyun duzlu hissəsi isə yenidən Xəzər dənizinə qaytarılır. Kompleksin direktoru Qabil Teymurov KİV-ə müsahibəsində burada 500 kubmetr su tutumuna malik yerüstü və yeraltı iki anbarın inşa olunduğunu bildirdi. Onun sözlərinə görə, duzsuzlaşdırılmış su insanların içməsi üçün də tam yararlıdır. Gələcəkdə ehtiyac olarsa bu sudan Xıdırlı kəndinin əhalisinin içməli suya olan tələbatının ödənilməsində də istifadə oluna bilər.

Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün bu yaxşı metod sayıla bilər.

Bu gün zavodda istehsal olunan su ətraf ərazidə salınmış yaşıllıqların suvarılmasında istifadə edilir.

Hazırda Ələt-Astara magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması işləri davam edir. Əkinlərin əksəriyyəti zeytunluq olan bu ərazilərdə suvarmaya yararlı suyun məhdud olması dəniz suyunun duzsuzlaşdırılma həcminin artırılması zərurətini yaratmışdır. Bunun üçün əlavə tikinti-quraşdırma işləri aparmadan duzsuzlaşdırma kompleksinin gücü qısa zamanda 4 dəfə artırılıb.

Ümumiyyətlə, 2014-2017-ci illərdə Azərbaycanda 1,6 milyon kubmetr dəniz suyu duzsuzlaşdırılıb.xəzər dənizinin duzsuzlaşdırılmış suyu ətraf ərazilərdəki yaşıllıqların suvarılmasında istifadə edilib.

Bakı Şirvan Kollektorunda suyun duzsuzlaşdırılaraq suvarmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların gücü sutkada 5000 kubmetrə çatdırılıb.

Ekspertlər belə hesab edir ki, bu günə qədər Azərbaycanda su ehtiyatlarının planlaşdırılması və idarə olunması başlıca olaraq, su mühəndisləri tərəfindən həyata keçirilib və bu zaman nə ətraf mühit, nə də iqtisadi maraqlar nəzərə alınmayıb. Bu isə həmin su mənbələrinin deqradasiyasına, həm də su ehtiyatlarından səmərəsiz istifadəyə səbəb olub. Bu vəziyyət su təchizatı sistemlərində həddən artıq itkilərin olması ilə səciyyələnir.Ekoloq Mirzə Babayevin sözlərinə görə, su istifadəsi zamanı itkilərin yol verildiyi yer yalnız kənd təsərrüfatı sahəsi deyil. “Şəhər əhalisinin sayının sürələ artması, şəhərin ətrafında tikilən villalar, gecəqondular sudan sui-istifadəyə gətirib çıxarır. Problem həlli üçün məsuliyyətin artırılmasını tələb edir. Şəhərlərdə ilk növbədə texnki su ilə içməli su ayrılmalıdır. İçməli su ilə maşın, xalça yuyulması, zavodlarda istifadə olunması kimi problemlər var. Çox böyük su tutumlu təsəsrrüfatlarda içməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır. Ölkəmizin su ehtiyatları kifayət qədər olmasa da, adambaşına düşən su resurslarına görə Azərbaycan heç də geridə qalan ölkə deyil. Belə ki, Cənubi Qafaqazın aşağı yamacalarında kifayət qədər su resursları var. Su resursları keyfiyyətinə görə ayırılsa, istifadəyə ciddi nəzarət olunsa, hesablayıcı sistemlərə əməl olunsa, problemlər də azalar»

Ölkəmizin kənd təsərrüfatı sahəsində əkinçiliyin 85-faizi suvarılan torpaqlarda həyata keçirilir. Yağıntıların miqdarının azalması isə dəmyə əkinçiliyində də suvarılmanı şərtə çevirib. Belə bir vəziyyətdə sudan səmərəli istifadə məsələsi önə çıxır. Melorasiya-irriqasiya sistemlərimizin texniki potensilalı kifayət deyil. Kənd təsərrüfatı sahəsində də su ilə bağlı hədsiz dərəcədə itkilər var.

Mirzə Babyevin dediyinə görə , ətraf mühitdən izalyasiya olmayan normal səviyyədə kanalların sayı azdır. Bu cür kanalların olmaması səbəbindən sızma nəticəsində bir tərəfdən suvarma suyu itir və digər bir tərəfdən torpaqlar itən suyun təsirindən eroziyaya uğrayır və şoranlaşır. Ona görə də Azərbaycanda suvarma texnologiyası tam yenidən qurulmalıdır. Sovet hakimiyyəti illərindən qalan kanalların bir qismi köhnəlib, bir qismi dağılıb. Su itkiləri, borular, nasos stansiyaları kimi məsələlərə yenidən baxılmalıdır. Əlavə edim ki, dünyada suvarma sistemində tətbiq olunan yeniliklərdən istifadə olunmalıdır».

Hazırda 40 faizdən yuxarı ərazilərimizdə səhralaşma prosesi gedir. Otlaqların intensiv istifadəsi, mal-qaranın yol verilən həddinin normadan yuxarı olması torpaqlarımızın səhralaşma prosesini sürətləndirir. Digər bir tərəfdən su ehtiyatlarımızdan səmərəsiz istifadə yolu ilə bu prosesə təkan vermək ölkəmizə, onun təbiətınə qəsd emək kimi bir şeydir.

Bioloq Hüseyin Verdiyev bildirir ki, torpaqda nəmliyin toplanması əsas etibarı ilə atmosfer çöküntüləri hesabına olur. Çöküntünün xarakteri, düşmə vaxtı, miqdarı və s torpağın özünün bir sıra şərtləri və xüsusiyyətləri ilə sıx surətdə bağlıdır. Bu bağlılıq torpaqda nəmliyin toplanmasına və buxarlanmasına əsaslı təsir göstərir. Nəmliyin buxarlanması və ya toplanması dedikdə onların bir-birinə əksliyi başa düşülür. Qeyd edildiyi kimi torpaqdan nəmliyin itməsi həm bitkilər tərəfindən və həmdə torpağın öz səthindən suyun buxarlanması hesabına olur. Torpaqdan suyun buxarlanması torpaq səthinin xarakteri ilə çox əlaqədardır. Girintili-çıxıntılı torpaq səthindən buxarlandırıcı səth çox olduğundan suyun buxarlanması da düz-hamar səthə nisbətən çox olur. Bu məsələ cəhətlərlə də yəni mailliyin istiqaməti və dərəcəsindən də asılıdır. Məsələn: 150 maillikdə torpaq səthindən suyun buxarlanma miqdarı cənub cəhətində 100% qəbul edilirsə, şərqda 86%, qərbdə 84% və şimal cəhətində isə 71% təşkil edir. Torpaqdan suyun buxarlanması torpağın relyefindən də asılıdır. Hündür yerlərdə aşağı yerlərə nisbətən torpaqdan suyun buxarlanması daha intensiv gedir. Çünki hündür yerlərdə havanın hərəkəti nisbətən artıq olur. Yerli bitki örtüyünün tərkibinin də torpağın su rejiminə təsiri böyükdür. Tarlaya yaxın olan yerlərdə meşə örtüyünün bu məsə- ləyə müsbət təsirini yaddan çıxarmaq olmaz.Meşə örtüyü altında düşən yağmurun 85%-i torpaqda toplanır.Meşə qarın sahədə sax- 36 lanmasını, onun yavaş-yavaş əriyərək torpağa hopmasına, atmosfer havasının nəmli saxlanmasını, küləyin sürətinin azalmasını və s təmin edir, bununlada suyun torpaqda toplanmasına və bitkilərin transpirasiya əmsalının aşağı düşməsinə şərait yaradır. Meşə bitkilərinin dərin gedən kökləri, meşə altında hər il çox toplanan üzvi qalıqlar atmosfer çöküntülərinin torpaq səthində yaxşı saxlanmasını təmin edir və maillik üzrə onların axmasının qarşısını alır. Deməli strukturasız torpaqlarda su ehtiyatı az və davamsızdır, nizamlanması çətindir.Onların su rejimi kortəbii olduğu kimi, belə torpaqlarda becərilən bitkilərin məhsuldarlığı və məhsul sabitliyidə kortəbii xarakter daşıyır. Suvarma əkinçiliyində strukturasız torpaqlarda suya ehtiyacın xeyli artıq olması və suvarma ilə əlaqədar olaraq təkrar şorlaşma ehtimalı nəzərə alınmalıdır. Strukturalı torpaqlarda vəziyyət tamam başqa cürdür.Su torpağa kapilyar məsamələrlə deyil, qeyri-kapilyar makroməsamələrdən sızmaqla daxil olur. Yağışın intensivliyi xarakteri və iriliyindən asılı olmayaraq hamısı tamamilə və asanlıqla torpağa daxil olur, hopur.Qışda alt qatlardan torpağın üzərinə qalxan su buxarları da soyuq səthlə təmasda olaraq su şəklinə çevrilib kapilyarları doldurur və orada donaraq buz şəklində qalır. Qeyri-kapilyar məsamə- lərdə donmuş su olmur. Yazda qar sularıda mütamadi əriyərək torpağın qeyri- kapilyar məsamələri tərəfindən sızaraq tam udulur və mailliyə görə sərfəsiz axıb getmə halları olmur. Strukturalı torpaqlarda toplanmış su ehtiyatı çox davamiyyətli olur. Torpaq səthindən buxarlanma strukturasız torpaqlarda nisbətən çox az bir səthdən gedir. Çünki su əsasən kapilyar borularla yuxarı qalxaraq buxarlanır. Dənəvər torpaqlarda isə bu kapilyarlarla sahə boyunca bircinsli kütlə şəklində deyil, yalnız struktur aqreqatlarının içərisində olur.

2014 – cü ildə ABŞ-ın Kaliforniya ştatında suyu israfçılıqla işlədənlərə qarşı cərimələrin tətbiq olunacağı elan edilib.Kaliforniya ştatı rəsmiləri sudan istifadədə israfçılığa yol verənlərə qarşı cərimələrin tətbiq ediləcəyini bildiriblər.

Qərara əsasən, suyu israfçılıqla işlədənlər 500 dollaradək cərimə ilə cəzalandırıla bilərlər.

Cərimələr sudan həyətyanı qazonların suvarılmasına, tənzimləyici lüləsi olmayan su şlanqlardan istifadəyə, nasaz borulardan suyun nəzarətsiz axıb getməsinə və bu kimi digər israfçılıq hallarına görə tətbiq ediləcək.

Fransa hökuməti isə suya qənaət məqsədi ilə hələ 10 öncə məşhur Versal fəvvarələrini yenidən qurmağa qərar verib.Hazırda məşhur fəvvarələrdən saatda 4,5 min litr su axır. Yenidənqurmadan sonra fəvvarələrə yağış suyu çəkmək mümkün olub ki, bunun da sayəsində hər il 1,6 milyon kubmetr suya qənaət edilir . Bərpa işləri üçün 20 milyon funt sterlinq sərf olunub.

Bakı şəhəri dünyanın ən gözəl şəhərləri sırasında yer almaqdadır. İldən- ilə gözəlləşən paytaxtımızı şəhər bağları və parkları olmadan təsəvvür etmək çətindir. Bu bağların saxlanılmasına hər il milyon manatlarla vəsait sərf olunur. Can dərmanı olan su bu bağlarda bağbanlar tərəfindən çox zaman bilincsiz şəkildə istifadə olunur, israfa yol verilir. Su elə bir nemətdir ki, onu heç nə ilə əvəz etmək olmur. Bu mənada suya qənaət böyükdən kişiyə hər kəsin borcu, vəzifəsidir.Hesab edirəm ki, suya qənaət etməyənlərə qarşı Kaliforniya təcrübəsindən yararlanmaq yaxşı nəticələr verərdi.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »