Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günəş yanıqlarına qarşı təbii vasitələr
İsti yay günlərində hər kəsin şikayət etdiyi günəş yanıqlarının qarşısını ev şəraitində almaq mümkündür.

Moderator.az bildirir ki, günəş yanıqlarını yalnız kimyəvi dərman vasitələri ilə yox, təbii vasitələrlə də aradan qaldırmaq olar.

Nar

Narın tərkibində olan elajik turşusu, günəşdən gələn ultrabənövşəyi şüalara qarşı qoruma təmin edir və tərkibində olan antioksidantlar isə günəş yanıqlarına qarşı birbaşa müalicəvi təsir göstərir.

Çiyələk

Çiyələyi kiçik parçalar halında əzəndən sonra onu günəş yanığının üzərinə sürtün və bir neçə dəqiqə sonra yuyun. Dərinizin rahatladığını hiss edəcəksiniz.

Kahı

İçinə kahı yarpaqları qoyulmuş geniş bir qabda su qaynadın və daha sonra bu suyun soyumasını gözləyin. Soyuduqdan sonra, həmin qarışığı pambıqla yanan hissənin üzərinə surtün.

Kartof

Kartofun tərkibində antioksidant bol olduğu üçün, günəş şüalarının pozduğu hüceyrə strukturlarının bərpası üçün istifadə ediləcək ən əsas ərzaqlardan biridir.

Xiyar

Əzilmiş xiyarı yanan dərinizə tətbiq etməklə, günəş şüalarının yaratdığı yanıqların ağrısının sakitləşdiyini görəcəksiniz.

Pomidor

İçində olan likopen sayəsində pomidor, günəş şüalarına qarşı təbii qoruyucu vəzifəsinə malikdir. Aparılan bir tədqiqatda, 3 ay ərzində müntəzəm olaraq pomidor yeyən insanların, günəş şüalarının təsirindən 25 faiz qorunduğu sübut olunub.

Yaşıl çay

Yaşıl çay sözün əsl mənasında gerçək bir dəri dostudur. Tərkibində olan antioksidantlar və anti-aging maddələri sayəsində, sadəcə yanıqlardan qorumaqla qalmır, həmçinin günəş şüalarının digər zərərli maddələrindən də müdafiə olunmağımızı təmin edir.

Paylaş »
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› “Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər”
Son xəbərlər
Bütün xəbərlər »