Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsan psixologiyasını pozan qidalar - Siyahı
Elm bəzi qidaların psixoloji vəziyyətimizə mənfi təsir etdiyini təsdiqləyib.

“Ölkə.Az” xəbər verir ki, sağlam qida adı ilə qəbul etdiyimiz bəzi qidaların zərəri üzə çıxıb. Siyahını oxuculara təqdim edirik:

Marqarin və qatı yağ

Bəzi yağlar (trans) insana mənfi təsir edir. Eyni zamanda sağlamlığı da ciddi şəkildə pozur. Bu səbəbdən yeməkləri hazırlayanda bu yağlardan uzaq olun. Kərə yağı daha məsləhətlidir.

Fast food

Günümüzdə “fast food” geniş yayılıb. Amma bu qidaların tərkibində trans yağ miqdarı çox yüksəkdir. Qismən hidrogenləşdirilmiş yağların çoxu “fast food”un ömrünü uzadır. Amma insana ziyan vurur. Aparılan tədqiqatlar məlum edib ki, bu tip yağlar bədbinlik, depressiya və aqressivliyə səbəb olur.

Paketlənmiş şirniyyat

Şirniyyat və şəkərin ziyanını hamı bilir. Amma ayda-ildə bir dəfə yeyilən şirniyyat insana ziyan vurmaz. Əsas ziyan vuran isə marketlərdə rəngbərəng paketlənmiş şəkərlərdir. Bunlar azyaşlı uşaqlarda hiperaktivlik, diqqətsizlik kimi bir çox xəstəliyə səbəb olur.

Konserv və paketlənmiş çərəz

Marketdən aldığınız fıstıq və ya fındıq paketini açmadan əvvəl içindəki qatqı maddələri siyahısına göz atın. Bir çoxunun tərkibində “MSG” (monosodium qlutamat) var. Bu maddə geniş tətbiq edilir və dəhşətli başağrısı ilə yanaşı yorğunluq və zəiflik hissini artırır. Eyni şəkildə konservlərdə də bu maddəyə diqqət etmək lazımdır.

Qarğıdalı yarması və digərləri

Pəhriz məqsədi ilə istifadə etdiyimiz bu qidalar əslində heç də sağlam qida deyil. Etiketlərində yazılıb ki, bu qidaların tərkibində 8 qram şəkər var. Bu səbəbdən sürətlə enerji istehsal etsələr də, qan şəkəri sürətlə normaldan aşağı düşür. Orqanizmdə stres hormonları ifraz edilir və psixoloji vəziyyətdə dəyişikliklər baş verir.

Son xəbərlər
Bütün xəbərlər »