Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial evlərlə bağlı yeni xəbər
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib.

Oxu.Az MİDA-ya istinadən xəbər verir ki, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 3 yaşayış binasının (iki ədəd 12 mərtəbəli 1 bloklu və bir ədəd 9 mərtəbəli 2 bloklu) tikintisi üzrə cari ilin iyun ayında elan olunan investisiya müsabiqələrinin iştirakçılarının təkliflərinin qiymətləndirilməsi prosesi başa çatdırılıb.

Təqdim olunan investisiya təkliflərinin dəyərləndirilməsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində 3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə birinci investisiya müsabiqəsinin qalibi “KAT Holding” MMC (www.katholding.az) elan olunub.

Qalib şirkət investisiya qoyuluşu müqabilində “MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, Yasamal Yaşayış Kompleksinin ərazisində təşkil olunan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Digər iki binanın mənzilləri onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə investor tərəfindən satılacaq. Sözügedən 3 binanın tikintisinin 18 ay ərzində başa çatdırılması, investisiya qoyuluşunun ümumi həcminin isə 10 milyon manatdan artıq təşkil edəcəyi nəzərdə tutulur.

Yasamal Yaşayış Kompleksi ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş ikinci investisiya müsabiqəsinin iştirakçılarının təqdim etdiyi təkliflərin dəyərləndirilməsi nəticəsində “ENGİNET” MMC (www.enginet.az) müsabiqənin qalibi seçilib. Bu şirkət tərəfindən rabitə xətlərinin Yasamal Yaşayış Kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1 milyon manat həcmində investisiya qoyuluşunun edilməsi gözlənilir.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Sabah hər kəs eyvanından bayraq assın...
Son xəbərlər
Bütün xəbərlər »