Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yalançı ideyaları insanların beyninə pərçim edəndə eybəcər görünür”
Əməkdar jurnalist, teletənqidçi  filologiya elmləri doktoru  Qulu Məhərrəmli “Bizim yol” qəzetinə verdiyi müsahibədə  telekanalların   müasir vəziyyəti, jurnalist mədəniyyəti barəsində  sualları cavablandırıb.

-Qulu müəllim, bu gün  televiziya proqramların  müasir vəziyyəti , jurnalist mədəniyyəti qənaətbəxş səviyyədədirmi?

-Bu gün teleiziya proqramları yalnız o adamları  qane edə bilər ki, onların televiziyadan xüsusi bir tələbi yoxdur.Televizor bir ev əşyasıdır .Önəmli olan onun məzmunudur. Onun bizə nə öyrətməsidir, nə dərəcədə gərəkli verilişlər təqdim etməsidir. Bir sözlə qiymətləndirəsi olsaq televiziya böhran vəziyyətindədir və o qarşısına qoyulmiş klassik vəzifələri yerinə yetirə bilmir. Əyləncə  verilişlərinin sayı artıb. Ayrıca əyləncə proqramları təqdim edən kanallar ola bilər. Bu dünyada da var. Amma çevrəmizdə bu qədər mürəkkəb hadisələrin baş verdiyi bu dövrdə bu qədər əyləncə nəyə lazımdır? Əyləncə özü də hansısa biliyi, mesajı çatdırmaq  üçün  vasitədir.Vaxtilə çariça Yekaterina Almaniyadan rus mujiklərini tərbiyələndirmək üçün dəvət etdiyi  mütəxəssislərə tapşırırdı ki, bunu dərs kimi təşkil etməyin elə tərz seçin ki, onlar özləri də xəbərləri olmadan öyrənsinlər. İnsanları əyləndirərək də öyrətmək lazımdır.Bu gün əyləncə əsas materiala çevrilib, bununla da irəliləmək mümkün deyil

-Bəs yaranmış böhranın əsas səbəbləri nələrdir?

-Bu gün televiziyaların yaxşı cəhəti budur ki, texnologiyalar yenilənib. İndi dövlət televiziyasına 31-32 milyon manat vəsait ayrılır. Bu Ermənistan və Gürcüstanın ümumilikdə ayrıdığı maliyyədən çoxdur. İctimai TV-yə 14 milyon vəsait ayrılır.Yeri gəlirsə müəyyən  televiziya  məhsullarının hazırlanmasına ayrıca vəsait ayrılır. Məsələn  serilalara 20 milyon  manata yaxın  vəsait ayrılıb. Amma ortaya çıxarılan  seriallar  bir ikisi istisna olmaqla, bizim həyat tərzimizə aid olmayan kriminal və aqressiya təbliğ edən filmlərdir. Məsələn Ordubadinin “Qılınc və qələm” əsərini  ekranlaşdırmaq olmazdımı?

Böhran nəylə bağlıdır? İlk növbədə  peşəkarlıq aşağı düşüb,  yaxşı prodüsser və reissor işi yoxdur, televiziya idarəçiliyində problemlər var. Prodüsserlərin yaradıcılıq sərbəstliyi  yoxdur, ictimai müzakirələr yoxdur. Tok şoular debatlar yoxa çıxıb. İndi kütləvi müzakirələr heyvan haqları və s. kimi dördüncü, beşinci səviyyəli məsələlərin altında qalıb. Biz heç bir həqiqəti ideologiya altında  gizlədə bilmərik. Mətbuat cəmiyyətə doğru dürüst mesajlar verməlidir.Ciddi problem  əsasən özəl telekanallardadır. Bu maliyyə problemləri ilə bağlı yaranır. Özəl televiziyalar maliyyə problemlərinin həlli üçün qeyri-sağlam  rəqabətə  girilər.

-Telekanalların siması olaraq  teleaprıcıları görürük.Amma çox zaman elə onlar özləri vətəndaşları  demək olar ki, işlətdikləri ifadələrlə  təhqir  edirlər.Bu günlərdə  müğənni Maral Tahirqızı  dəvət olunduğu proqramda aparıcı  Elçin Əlibəyli tərfindən sözün həqiq mənasında  təhqir olundu.  Məlum məsələdir ki, Maral tahirqızı o efirə dəvət olunaraq gəlmişdi, özbaşına çıxmamışdı. Tənqid və təhqir  arasındakı fərqi bizdə  qarışıq salırlar.

-Elçin Əlibəyıli müəyyən dərəcədə intellekti ilə fərqlənən adamdır, televiziyanın qayda qanunlarını   Amma onu da  bilmək lazımdır ki, aparıcı moderatordur. O tərəf deyil. O tərəf tutsa yalnışlığa  yol verir Amma aparıcı durub mövqe nümayiş etdirib üstəlik  arzuolunmaz ifadələr işlədirsə bu düz deyil . Qeyri- adilik  xəbər üçün şərtdir, bu maraq doğursa da  cəmiyyət  üçün pozucu təsir bağı.şlayır.Bir zamanlar insanlar dəbi, danışıq qaydalarını mədəniyyəti   televiziyalardan, teleaparıcılardan  öyrənirdilər. Ona  görə ekranda olan insanlar öz davranışlarını tənzimləməlidirlər.Xəbər aparıcıları ilə bağlı vəziyyət bir qədər yaxşıdır. Düzdür, qüsurlar var. Amma əyləncə sektorunda vəziyyət bərbaddır.

Rusiyalı sosioloqlar televiziya aprıcıları ilə bağlı 100 keyfiyyət   meyarı müəyəynləşdiriblər . Bura səmimiyyət, baxış, görünüş, danışarkən  istehza və yumora yer verilməsi, insanlara yanaşma tərzi və s. kimi ən xırda nüanslara diqqət yetirilir. İzləyici  aparıcının  göz qırpımına da diqqət edir. Kennedi deyirdi ki, II Dünya Müharibəsindən sonra Amerika  xalqını televiziya formalaşdırıb.Bu gün  telekanalların hansı rəyi, hansı ideyanı formalaşdırdığı məlum deyil.

-Hansısa qeyri -peşəkarın peşəkar TV işçilərini sıradan çıxarmasına nə deyirsiz?

-Bu bizdə çox var, hətta xarici telekanallarda da rast  gəlinir. Qeyri -peşəkarlığın göstəricisidir. Rəhbər təyin edilən kimi onun hər dediyinə baş əyən insanları ətrafında toplayır, nəticədə örülən iş də göz önündədir. Hər şeydə olduğu kimi, televiziyada da  gərək ölçüləri pozmayasan . Azərbaycanda  televiziya islahatı aparılmalıdır, normal adamlar televizyanı idarə etməlidir. Sponsorun , reklam verənin təzyiqi, tanış- biliş hesabına idarə olunan televiziyadan nə gözləmək olar ? Dil normaları kəskin pozulur bəs normaları kim gözləıməlidir?Dil düşüncənin inikasdır. Təəssüf ki, telekanallarda bu  böyük problem kimi özünü göstərir.

-Son dövrlərdə belə təəssürat yaranır ki,  televiziya  kütləni deyil,  kütlə televiziyanı  öz arxasınca çəkib aparır.

-Televiziya müəyyən dəyərləri təbliğ eləməlidir. Amma təbliğ adı altında hansısa dərinliyi olmayan yalançı ideyaları insanların beyninə pərçim edəndə  eybəcər olur.Televiziyalarımızda plüralizmə yer qoyulmur. Ya ağ, ya qara. Halbuki ağla qara arasında min çalar var.Bütün gün efirdə yatıb qalan adamlar var.Nədən desən o sahə üzrə ekspertdirlər. Guya höküməti tərifləyirlər, ideologiyanı təbliğ edirlər.Amma belə saxta adamların  təqdim etdikləri fikir, təriflər təriflədikləri şəxsiyyətə  faydalı olmaqdan çox  ziyan verir. Məsələn bu yaxınlarda bir deputat dedi ki, biz ermənləri səngərdə əyilə -əyilə yeriməyə  məcbur etmişik. Axıl bu gülünc  Bəyəm bizimkilər səngərdə parad keçirirlər? Həqiqət müxtəlif  fikirlərin qovşağından yaranır, fikirlər  birləşəndə həqiqətin  mənzərəsi görünür. Bir məsələyə  müxtəlif aspektlərdən baxanda daha yaxşı olur.  Müasir televizya buna imkan vermir.

-Həqiqəti demək çətindir, amma yalana qulaq asmaq ondan da çətindir. Telekaranlardan yalana qulaq asmaq əzabı nə qədər  davam edəcək?

-Artıq müəyyən silkələnmələr gözləyirik. İndi ağıllı adamlar görürlər ki, dövlət vəsaitini bu şəkildə israf eləmək olmaz. Bu gün televiziyaların boynuna heç bir xidmət qoya bilmirik. Sadəcə 400-500 adama  maaş verilir. Bu qədər.Ciddi islahatlar aparılmalıdr.Bir televiziya sədrinin adı qətldə hallanırsa və bu barədə ölkə parlamentində Fazil Mustafa kimi hər zaman doğruları söyləyən bir deputat məsələ qaldırısa bu faciəvi bir haldır. Televiziya əxlaqdan başlayır, əxlaqı  təbliğ edir.İndi televiziyalarda  problem odur ki, onlar ictimai əxlaqı zədələməyə başlayıblar.Bunu  düzəltmək mümkündür, əgər  sənin məqsədin, niyyətin xalqa  xidmət etməkdirsə.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »